ABŞ
Pentaqon ətrafında böyük qalmaqal: Həmin iki nəfərin öldürülməsini kim əmr edib?
ABŞ qanunvericiləri sentyabrın 2-də Venesueladan narkotik daşımaqda şübhəli bilinən gəmiyə hücumdan sağ çıxanları öldürmək üçün Pentaqonun ikinci zərbə endirməsi ilə bağlı xəbərləri araşdırmağa başlayıb.
Publika.az xəbər verir ki, bu, dekabrın 1-də məlum olub. Senat və Nümayəndələr Palatasında Respublikaçıların nəzarətində olan Silahlı Qüvvələr Komitələri “ciddi nəzarət”ə başlanıldığını və müvafiq sorğuların hərbi departamentə təqdim edildiyini elan ediblər.
Daha əvvəl media mənbələrinə istinadən xəbər verib ki, Karib dənizində gəmiyə ilkin hücumdan sonra iki nəfər sağ qalıb, lakin sonradan onlar öldürülüb. Bu xəbərlər parlament araşdırmasına səbəb olub. Pentaqon artıq insidentlə bağlı daxili araşdırma aparır.
ABŞ-ın hər iki əsas partiyasının liderləri xəbərdarlıq ediblər ki, sağ qalanlara zərbə endirmək əmri təsdiq olunarsa, bu cür hərəkətlər qanunsuz sayıla bilər. Demokrat senatorlar Tim Keyn və Mark Keli, eləcə də respublikaçı konqresmen Mayk Terner əvvəllər belə bir hərəkətin müharibə cinayəti ola biləcəyini bəyan etmişdilər.
ABŞ-ın müdafiə naziri Piter Heqster əvvəllər bütün ittihamları rədd edərək, məlumatı “uydurma” adlandırıb və əməliyyatların qanuniliyini vurğulayıb. Bu arada konqres araşdırması getdikcə güclənir və administrasiyaya əlavə siyasi təzyiq yaradır.
Həmçinin, prezident Donald Trampın sözlərinə görə, müdafiə naziri belə bir əmr verdiyini təkzib edib: “Piter bunun baş vermədiyini söylədi... Pit həmin iki nəfəri öldürmək əmrini vermədiyini söylədi”.
Tural
-
İKT18:48"WhatsApp" bu funksiyadan imtina edir
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır































.png)

.jpg)





