ABŞ
ABŞ növbəti şatdaunla üz-üzə
ABŞ Konqresinin yuxarı palatası keçən həftə Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş bir neçə dövlət qurumlarının 1,2 trilyon dollar həcmində maliyyələşdirilməsi paketini rədd edib.
Publika.az "NBC News"ə istinadən xəbər verir ki, qanun layihələrinin lehinə 45 senator səs verib, 55-I isə əleyhinə çıxıb.
Qanun layihələri demokratlar, eləcə də səkkiz respublikaçı tərəfindən rədd edilib.
Qeyd olunur ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp hökumətin işinin dayandırılmasının qarşısını almağa ümid etdiyini ifadə etsə də, bu qanun layihələri təsdiqlənmədən 31 yanvar gecəsi (Bakı vaxtı ilə şənbə günü saat 09:00-da) ABŞ-də şatdaun baş verəcək.
Qanunvericilik aktları Daxili Təhlükəsizlik Nazirliyi (DTN), hərbi, maliyyə və nəqliyyat qurumlarının maliyyələşdirilməsini nəzərdə tuturdu. Bu, ABŞ Tramp administrasiyasının qeyri-qanuni miqrantlara qarşı mübarizə kampaniyası, həmçinin Minnesotada baş verən hadisələr və sərhəd xidməti əməkdaşının şəhərdə bir kişini güllələməsindən sonra ştatın paytaxtı Minneapolisdə alovlanan etirazlar fonunda baş verib.
Demokratlar Partiyası DTN-in maliyyələşdirilməsini ayrı bir qanun layihəsinə həyata keçirməyi tələb edir, çünki demokratlar qurumun işini məhdudlaşdırmaq üçün ona düzəlişlər etmək niyyətindədirlər.
Həftəsonu şatdaunun baş verməsi real ssenaridır, çünki qanun layihələrinə düzəlişlər edilərsə, Nümayəndələr Palatası təsdiqləməlidir. Nümayəndələr Palatasının iclası fevralın 2-də, bazar ertəsi keçiriləcək.
Konqres artıq 12 hissədən 6-nı təsdiqlədiyi üçün, mümkün şatdaun qismən olacaq. Belə ki, bu, ədliyyə, ticarət, kənd təsərrüfatı, daxili işlər və veteranların işləri üzrə nazirliklərin işinə təsir etməyəcək. Maliyyələşmənin dayandırılması Pentaqon və DTN-yə aiddir. Yüz minlərlə dövlət qulluqçusu ödənişsiz məzuniyyətə göndərilə bilər. İşə çıxanlar da hökumətin maliyyələşdirilməsi bərpa olunana qədər maaş almayacaqlar.
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

















.jpg)


.jpg)
















