ABŞ
Tramp Kubaya görə ABŞ-da fövqəladə vəziyyət ELAN ETDİ
ABŞ Prezidenti Donald Tramp Kubadan qaynaqlanan milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
Onun sözlərinə görə, Kuba hökumətinin siyasəti və fəaliyyəti ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə birbaşa təhdid yaradır.
Tramp əlavə edib ki, fövqəladə vəziyyətlə mübarizə çərçivəsində tarif sistemi yaradılacaq. Həmin sistemə əsasən, Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya tədarük edən xarici dövlətin məhsulu olan idxal mallarına qiymətə uyğun əlavə rüsum tətbiq oluna bilər.
Yanvarın 24-də Politico qəzeti yazıb ki, Tramp administrasiyası Kubaya neft tədarükünü dayandırmaq və ölkədə hakimiyyət dəyişikliyinə nail olmaq məqsədilə dəniz blokadası tətbiq etmək imkanını müzakirə edir. Nəşrin mənbələrinin sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubio neft blokadası ideyasını dəstəkləyir, lakin məsələ ilə bağlı yekun qərar hələ qəbul olunmayıb.
Hüseyn İbadlı
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

















.jpg)


.jpg)
















