ABŞ
Tramp İranla danışıqların aparıldığını AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp son günlərdə İranla danışıqlar apardığını və gələcəkdə də danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri həyat yoldaşı Melaniyanın filminin premyerasından əvvəl jurnalistlərə məlumat verib.
"Son günlərdə İranla danışıqlar aparıram və bunu davam etdirməyi planlaşdırıram", - o vurğulayıb.
Trampın sözlərinə görə, İran hakimiyyəti ilə təmasları zamanı o, iki əsas tələb irəli sürüb: nüvə silahının hazırlanmasından imtina etmək və etirazçılara qarşı güc tətbiqinə son qoymaq.
"İrana doğru çoxlu sayda böyük və güclü ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri gedir. Onlardan istifadə etməsəydik, əla olardı", - Ağ Ev rəhbəri əlavə edib.
2025-ci ilin iyun ayında ABŞ İrandakı üç nüvə obyektinə zərbə endirib. ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ölkə 75 dəqiq idarə olunan sursatdan istifadə edərək İranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti nüvə obyektlərinin məhv edildiyini inkar edir.
Hüseyn İbadlı
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ

















.jpg)


.jpg)
















