ABŞ
Tramp İranda "yaxşı lider" müsabiqəsi elan etdi: Xameneinin oğlu haqda qərar verdi
ABŞ prezidenti Donald Tramp İranın gələcək liderini seçmək istəyir. O, ABŞ-ın İranın növbəti liderinin seçilməsində iştirak etməli olduğunu bildirib. Tramp vurğulayıb ki, “yaxşı lider” vəzifəsinə bir neçə namizəd var və ABŞ prosesdə iştirak etməklə uzunmüddətli sabitliyi təmin etmək istəyir.
Publika.az xəbər verir ki, Tramp bu barədə "Reuters" və "NBC News"a verdiyi müsahibədə bildirib.
Tramp İranın növbəti liderinin müharibədə öldürülən Ali Rəhbər Ayətullah Əli Xameneinin oğlunun olacağına inanmadığını bildirib: “İranla birlikdə bu şəxsi də seçməli olacağıq”.
Tramp İran hakimiyyətinin gələcək varisliyini Venesuela nümunəsi ilə müqayisə edib. Yanvar ayında ABŞ qoşunları diktator Nikolas Maduronu devirdikdən sonra ölkənin rəhbərliyində onun müavini Delsi Rodriqez qalmışdı. Tramp bildirib ki, ABŞ İranın gələcək liderinin seçilməsində iştirak etməli və xalq üçün “əla birini” təmin etməlidir.
Sürgündəki İran şahzadəsi namizədliyi barədə Tramp deyib: “Düşünürəm ki, hər kəsin şansı var. Hələ çox tezdir. Bəli, biz onları izləyirik.”
Xatırladaq ki, ABŞ ordusu fevralın 28-dən etibarən İranda 1700-dən çox hədəfə zərbə endirib. Tramp 3 martda bildirib ki, İran danışıqlar aparmaq istəsə də, “çox gec”dir. Bazar ertəsi günü o, Amerika qoşunlarının birbaşa İran ərazisinə yeridilməsi ehtimalını istisna etməyib.
Adəm
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO

































.jpg)

.jpg)