ABŞ
Trampın potensial varisi - Kimə üstünlük verilir?
ABŞ-ın vitse-prezidenti Cey Di Vens, nüfuzlu mühafizəkar konfransı CPAC iştirakçıları arasında keçirilən qeyri-formal sorğuya əsasən, 2028-ci ildə keçiriləcək prezident seçkiləri üçün amerikalı mühafizəkarlar arasında ən populyar namizəd olub.
Publik.az xəbər verir ki, bubarədə "RİA Novosti" məlumat yayıb.
"Respublikaçıların praymerizində kimə üstünlük verirsiniz? Cey Di Vens - 53%, [ABŞ dövlət katibi] Marko Rubio - 35%", — deyə sorğunun nəticələrində qeyd olunub.
Bildirilir ki, respublikaçılar 2028-ci ilin noyabr seçkilərinə qədər öz partiyalarından yeni prezident namizədi seçməli olacaqlar, çünki hazırkı prezident Donald Tramp ABŞ konstitusiyasına uyğun olaraq yalnız iki müddətə seçilə bilər.
Eyni zamanda, Vens və Rubio 2028-ci il seçkilərində Trampın xələfi roluna əsas namizədlər hesab olunurlar. İyul ayında dövlət katibi vitse-prezidenti respublikaçılardan mükəmməl namizəd adlandırıb. Daha sonra "Politico" nəşri yazıb ki, Rubio şəxsi söhbətlərində Vensi növbəti prezident seçkilərində respublikaçıların əsas namizədi kimi xarakterizə edib.
Hüseyn İbadlı
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?



































.jpg)
