ABŞ
Trampın elçisi qəzəbləndi: İrandan gələn cavab ABŞ-ı ayağa qaldırdı
ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff İranın atəşkəs təklifinə verdiyi ilkin cavabdan sonra bərk qəzəblənib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə aprelin 6-da, Ağ Evdə Pasxa bayramı qeyd edildiyi vaxt baş verib. Tramp qonaqlarla ünsiyyətdə olduğu müddətdə, Uitkoff son dərəcə əsəbi halda telefon zəngləri edərək İranın mövqeyinə reaksiya bildirib.
Qeyd olunur ki, Uitkoff danışıqlarda iştirak edən vasitəçilərə İranın 10 bənddən ibarət əks-təklifinin tam bir "uğursuzluq və fəlakət" olduğunu deyib. Lakin buna baxmayaraq, gərgin keçən günün sonunda tərəflər arasında müəyyən irəliləyiş əldə olunub və ABŞ iki həftəlik müvəqqəti atəşkəs razılaşmasının yenilənmiş variantını təsdiqləyib.
Xatırladaq ki, prezident Donald Tramp artıq İranla iki həftəlik atəşkəsə razılıq verdiyini və tərəflərin uzunmüddətli sülh sazişinə çox yaxın olduğunu bəyan edib.
Müəllif: Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
