ABŞ
Bill Qeyts Epşteyn işi ilə bağlı Konqresə çağırıldı - İfadə verəcək
ABŞ-da insan alveri və cinsi istismar cinayətlərinə görə məhkum olunmuş maliyyəçi Ceffri Epşteyn işi üzrə araşdırmalar davam edir. Bu çərçivədə “Microsoft”un həmtəsisçisi Bill Qeytsin də ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında ifadə verəcəyi gözlənilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qeytsin dindirilməsi iyunun 10-na planlaşdırılıb. Bildirilib ki, bu, Epşteynin nüfuzlu şəxslərlə əlaqələrinin araşdırılması çərçivəsində həyata keçiriləcək.
Qeytsin nümayəndəsi açıqlamasında deyib ki, o, komitə qarşısında çıxış etməyə hazırdır: “O, Epşteynin hər hansı qanunsuz fəaliyyətində nə şahid, nə də iştirakçı olub. Buna baxmayaraq, komitənin suallarını cavablandırmağa hazırdır”.
Qeyd edək ki, Nəzarət Komitəsinin sədri, respublikaçı konqresmen Ceyms Komer hələ martın 3-də Qeytsə məktub göndərərək onu ifadə verməyə dəvət etmişdi. Komer bildirib ki, komitənin əlində olan sənədlər Qeytsin istintaq üçün faydalı məlumatlara sahib ola biləcəyini göstərir.
Xatırladaq ki, Qeyts daha əvvəl Epşteynlə əlaqələrinə görə üzr istəyib və onların münasibətlərinin 2011-2014-cü illəri əhatə etdiyini etiraf edib. Bununla yanaşı, Epşteynin şəxsi yazışmalarında Qeytslə bağlı səsləndirilən iddialar onun nümayəndələri tərəfindən “tamamilə yalan və absurd” adlandırılıb.
İstintaq materiallarına görə, Epşteyn sonradan Qeytslə münasibətləri bərpa etməyə və onu müxtəlif layihələrə, o cümlədən xeyriyyə fonduna investisiya qoymağa cəlb etməyə çalışıb, lakin bu təşəbbüslər baş tutmayıb.
Müəllif: Adəm
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
