ABŞ
Məyus oldum - Trampın NATO-nun Baş katibi ilə görüşü necə keçib?
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdükdən sonra alyansı tənqid edərək, təşkilatın lazım olduqda ona kömək etmədiyini bildirib.
Publika.az xəbər verir ki, Tramp Rutte ilə görüşdə sərt danışıb:
“NATO bizə lazım olanda orada deyildi və bir daha ehtiyac duyduğumuz zaman orada olmayacaqlar. Qrenlandiyanı, o nəhəng, pis idarə olunan buz örtüyünü xatırlayırsınız?”
Trampla görüşdən sonra Rutte ittifaqdan və onun tərəfdaşlarından məyus olduğunu etiraf edib.
"Aydındır ki, məyus oldum", - deyə blokun baş katibi Ağ Evdə Trampla görüşdükdən sonra onun müttəfiqlərinə münasibətini qiymətləndirərkən CNN-ə bildirib.
"The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yazıb ki, Ağ Ev bəzi NATO ölkələrini İranla münaqişədə kifayət qədər dəstək vermədiklərinə görə cəzalandıra bilər.
Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp əlverişsiz hesab edilən NATO ölkələrindən Amerika qoşunlarını geri çəkə bilər.
Rutte ABŞ-ın bəzi müttəfiq ölkələrini cəzalandırması ehtimalı ilə bağlı sualdan yayınıb.
O, CNN jurnalistinin ABŞ-ın İrana qarşı əməliyyat zamanı Vaşinqtona kifayət qədər dəstək vermədiyinə görə bəzi müttəfiq ölkələri cəzalandıra biləcəyi ilə bağlı sualına birbaşa cavab verməyib. “Donald Tramp son bir neçə həftədə baş verənlər barədə fikirlərini mənə aydın şəkildə bildirdi”, - Rutte deyib.
Müəllif: Tural
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
