ABŞ
ABŞ-da qəzaya uğrayan təyyarə PARTLADI - Ölənlər var
ABŞ-ın Arizona ştatında yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.
Publika.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Hadisə Marana şəhərinin hava limanında baş verib. Təyyarə uçuş-enmə zolağından kənara çıxaraq partlayıb. Məlumata görə, hava limanında olan digər hava gəmilərinə ziyan dəyməyib.
ABŞ-ın Nəqliyyatda Təhlükəsizlik üzrə Milli Şurası faktla bağlı araşdırmalara başlayıb.
Bundan əvvəl ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-35" qırıcısı Nevada ştatında uçuş zamanı qəzaya uğramışdı. Aviaqəza İndian-Sprinqs şəhərindən təxminən 40 kilometr şimal-şərqdə, Nevadanın sınaq və təlim poliqonunun ərazisində baş vermişdi. Təyyarə Nellis aviabazasından uçuş həyata keçirirdi. Pilot katapult zamanı yüngül xəsarətlər almış və ona lazımi tibbi yardım göstərilmişdi.
Hüseyn İbadlı
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
