ABŞ
Tramp Netanyahudan görün nə xahiş edib
Vaşinqton İsrail və Livan arasındakı münaqişə fonunda atəşkəs razılaşmalarının pozulmaması üçün addımlar atır.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı "Hizbullah"a endirilən zərbələri məhdudlaşdırmağa çağırıb. Bu, yaxın günlərdə ABŞ və İran arasında keçirilməsi planlaşdırılan danışıqlara hazırlıqla bağlıdır.
Nəşrin mənbəsi qeyd edib ki, liderlərin söhbəti sərt xarakter daşıyıb və adətən olduğundan daha qısa sürüb. Eyni zamanda, Livan nümayəndələri danışıqlara hazır olduqlarını bildirsələr də, İsrail tərəfindən zərbələrin dərhal dayandırılmasında israr edirlər.
Atəşkəs rejiminin rəsmən Livan ərazisinə şamil edilməməsinə baxmayaraq, Amerika mənbələrinin məlumatına görə, İsrail danışıqlar prosesini nəzərə almağa razılaşıb və qarşılıqlı fəaliyyətə hazır olduğunu nümayiş etdirir.
Bundan əvvəl "The New York Times" qəzeti İranla atəşkəs məsələsində Vaşinqton və Tel-Əviv arasında fikir ayrılıqlarının kəskinləşə biləcəyini ehtimal etmişdi. Analitiklərin fikrincə, İsrail tərəfi Tehranla dialoqda ABŞ-dan daha sərt mövqe nümayiş etdirməsini tələb edə bilər.
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər







































.jpg)
