ABŞ
ABŞ İranla sülh müqaviləsinə əlavələr edəcək - Yeni plan açıqlandı
ABŞ hakimiyyəti "İbrahim razılaşmaları"nın genişləndirilməsinin İranla əldə ediləcək sülh sazişinə təbii bir əlavə olacağını hesab edir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibinin birinci müavini Anna Kelli "Semafor" portalına verdiyi açıqlamada bildirib.
A.Kelli ABŞ Prezidenti Donald Trampın bu razılaşmaların tərəflər üçün əhəmiyyətli faydalar gətirdiyi və tarixi əməkdaşlıq imkanları yaratdığı barədə fikirlərini xatırladıb. "Bu, sülh sazişi üçün təbii bir tamamlayıcı olardı", – deyə o qeyd edib.
"Semafor" portalının Ağ Evdəki mənbəsinin verdiyi məlumata görə, "İbrahim razılaşmaları"nı İranla olan razılaşmalarla əlaqələndirmək cəhdləri sülh nizamlanması prosesinə mane ola bilər.
Qeyd edək ki, daha əvvəl İsrailin yüksək vəzifəli şəxsləri Baş nazir Binyamin Netanyahunun ABŞ və İran arasında yaxınlaşan atəşkəs xəbərindən narahat olduğunu bildirmişdilər. Mənbələrin sözlərinə görə, Netanyahu ABŞ Prezidenti Donald Trampın qərarlarına təsir göstərə bilmədiyi üçün narahatlıq keçirir.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın













.jpg)








.jpg)





.jpg)









