ABŞ
ABŞ ordusu Ayın ətrafında müharibəyə hazırlaşır: Qalib gəlməliyik!
ABŞ ordusu artıq yalnız Yerətrafı orbitdə deyil, Ayətrafı kosmosda da mümkün döyüş əməliyyatlarına hazırlaşmalıdır.
Publika.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib.
Keyn Vaşinqton yaxınlığında keçirilən aviasiya, kosmos və kibertəhlükəsizlik konfransında çıxış edərək ABŞ ordusunun indidən yeni şərtlərə uyğunlaşmalı olduğunu deyib. Onun sözlərinə görə, hərbçilər “dənizin dibindən Ayətrafı kosmosa qədər” döyüşməyə, müqavimət göstərməyə və qalib gəlməyə hazır olmalıdır.
ABŞ Kosmik Qüvvələrinin Döyüş Komandanlığının rəhbəri general Qreqori Qanyon da kosmosda və Ayətrafı orbitdə mümkün hərbi əməliyyatlara hazırlıqdan danışıb. O bildirib ki, bəşəriyyət kosmosa getdikcə daha dərindən nüfuz edir və Kosmik Qüvvələrin vəzifəsi ABŞ-ın maraqlarını qorumağa hazır olmaqdır.
ABŞ-ın Ayla Yer arasındakı kosmik məkanda döyüşlərə hazır olması ilə bağlı bu açıqlamalar ABŞ Hərbi Hava Qüvvələri naziri Troy Meynkin eyni konfransda verdiyi bəyanatdan bir neçə gün sonra səslənib. Meynk ABŞ-ın orbitdə “kosmosa nəzarət üçün silahlar” yerləşdirdiyini açıqlamışdı.
Qeyd edək ki, ABŞ Kosmik Qüvvələri 2019-cu ildə Donald Trampın prezidentliyi dövründə yaradılıb.
Müəllif: Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO
-
Hadisə18 Oktyabr 17:09Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini vəfat etdi
-
Nida Xəbər 18 Oktyabr 17:00Ukrayna səfiri: Azərbaycan xalqına sülh, rifah və işıqlı gələcək arzulayıram!
-
MDB18 Oktyabr 16:46Bir həftədə Ukraynaya 2700 dron, 1700 aviabomba atıldı

















.jpg)


















