ABŞ
Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı
"Vaşinqton və Pekin süni intellekt texnologiyalarının hansı sahələrdə tətbiq olunmamas lazım olduğu barədə razılığa gələ bilərlər"
Publika.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Axios” portalına müsahibəsində bildirib.
O, həmçinin ölkələr arasında süni intellekt məsələləri üzrə bildiriş prosesinin fəaliyyət göstərməsinin tərəfdarı çıxış edib.
Bessentin sözlərinə görə, tərəflər modellərin dəqiq olaraq nə etməməli olduğu barədə razılığa gələ bilərlər. O, Pekinin bununla razılaşacağına əminliyini ifadə edib.
Nazir işlənilib hazırlanan süni intellekt modellərinin imkanları haqqında məlumat mübadiləsinin məqsədəuyğunluğu ilə bağlı suala mənfi cavab verib. O, belə mübadilənin yəqin ki, lazım olmadığını hesab edib.
ABŞ Prezidenti Donald Tramp sentyabrın sonunda bildirmişdi ki, administrasiya süni intellektin işlənilib hazırlanması sahəsində Çinlə sıx əməkdaşlığa çalışmır. O, bunu məxfi məlumatları açıqlamaq istəməməsi ilə izah edib.
Tramp əlavə edib ki, bu mövzunu sentyabrın 23–25-də ABŞ-yə səfəri zamanı ÇXR sədr Si Szinpinlə müzakirə edib. Ağ Ev səfərin yekunları üzrə tərəflərin süni intellektlə bağlı insidentləri müzakirə etmək üçün əlaqə kanalının yaradılması barədə razılığa gəldiklərini bildirib.
Süni intellektin işlənilib hazırlanmasında ABŞ və Çin rəqabəti davam etdirirlər və hər iki tərəf öz modellərini və tənzimləmə yanaşmalarını irəli sürür. Belə texnologiyaların tətbiqinə dair məhdudiyyətlər getdikcə daha çox beynəlxalq müzakirələrin mövzusuna çevrilir.
Sentyabrda tərəflər ticarət barışığını uzadıblar – o, 2027-ci il yanvarın 10-dək qüvvədədir.
Hüseyn İbadlı
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama
-
Dünya12:12Bu ölkə Rusiyaya qarşı nüvə planını işə salır: Görün Avropada nə yerləşdiriləcək




































