“Qremmi-2027”də bir müğənni hamını geridə qoydu: 11 nominasiya!
Bizi izləyin

Magazin2

“Qremmi-2027”də bir müğənni hamını geridə qoydu: 11 nominasiya!

“Qremmi-2027”də bir müğənni hamını geridə qoydu: 11 nominasiya!

69-cu “Qremmi” musiqi mükafatının namizədləri bəlli olub. Britaniyalı müğənni Rey 11 nominasiya ilə builki siyahıya başçılıq edir.

Publika.az xəbər verir ki, Reydən sonra 9 nominasiya ilə Rozaliya qərarlaşıb. Ella Lenqli, Miranda Lambert, Oliviya Rodriqo və Fibi Bricers 7, Bruno Mars, Leon Tomas və Oliviya Din isə 6 nominasiya əldə ediblər.

“İlin albomu” nominasiyasında isə Fibi Bricersin “Lost Weekend”, Oliviya Dinin “The Art of Loving”, Ella Lenqlinin “Dandelion”, Bruno Marsın “The Romantic”, Reyin “THIS MUSIC MAY CONTAIN HOPE.”, Oliviya Rodriqonun “you seem pretty sad for a girl so in love”, Rozaliyanın “LUX (Complete Works)” və Teylor Sviftin “The Life of a Showgirl” albomları mükafat uğrunda yarışacaq.

Qaliblər 2027-ci il fevralın 7-də Los-Ancelesdə keçiriləcək mərasimdə elan olunacaq. Tədbir ABC telekanalında canlı yayımlanacaq.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm