ABŞ
FTB direktoru özündən 20 yaş kiçik müğənni ilə evlənir
FTB direktoru Kaş Patel və müğənni Aleksis Uilkins münasibətlərini rəsmiləşdirmək niyyətindədirlər.
Publika.az xəbər verir ki, bu barədə Uilkins “X” sosial media platformasında məlumat verib.
27 yaşlı sənətçi "Biz qanun çərçivəsində nikahı qeydiyyata almağa getdik" yazıb və barmağındakı üzüyü göstərib.
Patel ürək və üzük emojisi ilə cavab verib. Lakin, cütlüyün hazırkı hüquqi statusu barədə məlumat verilmir. Amerika mediası bu paylaşımı nişan elanı kimi şərh edib.
İctimai qeydlərə görə, 46 yaşlı Patel ilə Uilkins arasındakı münasibət 2023-cü ilin yanvar ayında başlayıb. Uilkins Bostonda anadan olub, uşaq ikən televiziya seriallarında rol alıb və 2024-cü il seçkilərindən əvvəl Donald Trampı dəstəkləyən mahnılar yazdırıb.
Müəllif: Tural
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO
-
Magazin214:36"Ceyms Bond"un ulduzu kor oldu
-
MDB14:18Bir həftədə Ukraynaya 1600 idarə olunan bomba atıldı
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi





































