ABŞ
ABŞ-ı qane edən rəqəmlər - Hörmüz boğazında hansı hadisələr cərəyan edir?
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Hörmüz boğazından bəzən ABŞ və İsrailin İranla müharibəsi başlamazdan əvvəl olduğundan daha çox neft daşınır.
Publika.az xəbər verir ki, çıxışın videosu "C-SPAN" portalında yayımlanıb.
Onun sözlərinə görə, yalnız son günlərdə boğazdan milyonlarla barel neft keçirilib. Tramp iddia edir ki, Amerika tərəfi bəzən münaqişədən əvvəlkindən daha çox həcmdə yanacaq daşıyır.
Oktyabrın 1-də ABŞ Prezidenti bildirib ki, Vaşinqton İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini kifayət qədər sərfəli olmadığını düşünərək rədd edib.
Amerika liderinin sözlərinə görə, sentyabrın sonunda Hörmüz boğazından İranla münaqişə tarixindəki göstəriciləri üstələyən rekord həcmdə neft daşınıb.
ABŞ Energetika Nazirliyinin məlumatına görə, sutka ərzində Hörmüz boğazından təxminən 13 milyon barel neft keçir. ABŞ-ın energetika naziri Kris Raytın bildirdiyinə görə, son günlərin birində boğazdan 20 milyondan çox barel neft keçib ki, bu göstərici münaqişədən əvvəlki səviyyəyə yaxınlaşıb.
Hüseyn İbadlı
-
Sosial06:16Mənzil satışı prosedurunda yeni güzəşt tətbiq olunacaq - Video
-
ABŞ03:44İrana görə Ağ Evdə gərginlik: Tramp Vensdən narazıdır
-
Kriminal02:43Qonşular danışdı: Bıçaqlanan Gülarə iki saat qan içində köməksiz qalıb - Video
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
































