Art
Rusiya neftindən daha bahalı - Biri 23 milyon dollara satılır - - FOTOLAR
Son 5 ildə satılan rus rəssamlarına məxsus ən bahalı rəsm əsərlərinin siyahısı hazırlanıb.
Publika.az xəbər verir ki, rəsm əsərləri 2012-2016-cı illərdə keçirilən hərraclarda satılıb. Siyahi isə aşağıdakı kimidir.
1. Aleksandr Rodçenkonun 1919-cu ildə çəkdiyi "Konstruksiya №95" illüstrasiyası siyahıda 10-cı sırada yer alır. Əsər Sothebys hərracında 4,5 milyon dollara satılıb.

2. Rəssam İvan Ayvazovskinin 1856-cı ildə çəkdiyi "Konstantinopolun və Bosfor körfəzinin növü" əsəri. Əsər Sothebys hərracında 5,2 milyon dollara satılıb.

3. Rəssam Zinaida Serebryakova tərəfindən 1923-cü ildə çəkilən "Yatan qız" əsəri siyahının 8-cisidir. 2015-ci ilin iyununda 5,8 milyon dollara satılıb.

4. 7-ci rəsmin müəllifi Yuri Annenkovdur. Əsərin adı isə "Aleksandr Nikolay Tixonovun portreti"dir. 1922-ci ildə çəkilib. Annenkovun bu parçası 2014-cü ilin noyabrda 6,2 milyon dollara Christiesin hərrac evində satılıb.

5. Müəllif Vasiliy Vereşagin. Əsərin adı "Aqrada mirvari məscidi" - 1870-1880 il. Rəsm əsəri 6,1 milyon dollara satılıb.

6. Müəllif Boris Kustodiev. Əsərin adı "Arabaçı"dır. 1923-cü il çəkilib. 2012-ci ildə rəsmə 7 milyon dollar ödənib.

7. Rəssam İlya Maşkov. Əsərin adı "Meyvələrlə natürmort"dur. 1910-cu ildə çəkilib. Hərracda satış qiyməti 1,5 milyon dollardan başlayıb 7 milyon dollara satılıb.

8. Müəllif Nikolay Rerix. Əsərin adı "İsanın anasının əməkləri"dir. Rəsm əsəri 1932-1933 ildə çəkilib. Əsər Bonhams hərrac evində 2013-cü ildə 12 milyon dollara satıb.

9. Müəllif Valentina Serovdur. Əsərin adı "Mariya Setlinoy portreti"dir. 1910-cu ildə çəkilib. Christies hərracında 14,5 milyon dollara satılıb.

10. Rəssam Vasiliy Kandinskiy. 1910-cu ildə çəkilən əsərin adı "Əyilməyən və əyilmiş"dir. 2016-cı ildə alıcı rəssamın 150 illiyi şərəfinə əsərə 23 milyon dollar ödəyib.
İqtisadiyyat
şöbəsi
-
ABŞ04:30ABŞ İranda quru əməliyyatını müzakirə edib - Son qərar nə oldu?
-
Qoroskop02:19Günün ulduz falı: daxili səsinizin sizə yol göstərməsinə icazə verin!
-
Hadisə01:40Qəbələdəki güclü zəlzələ kameralara bu cür düşdü - Anbaan video
-
Magazin112 İyun 23:35Zeynəb Xanlarova: Şəklə ərə getdim, görüşmədim - Video
-
Hadisə12 İyun 21:51Naxçıvana uçan təyyarələr Bakıya qayıtdı
-
İdman12 İyun 21:3911 klub “Turan Tovuz”la bağlı CAS-a müraciət etdi
-
İKT12 İyun 18:40Feysbuk və İnstaqram çökdü - Yeniləndi
-
Nəqliyyat12 İyun 17:031 iyuldan yol hərəkəti sığortasında yeni dövr: Qaydalar dəyişir









.jpg)
















.jpg)










