Makronun beynəlxalq korrupsiya sxemi - Rüşvət qarşılığında yox olan sanksiyalar
Bizi izləyin

Nida Təhlil

Makronun beynəlxalq korrupsiya sxemi - Rüşvət qarşılığında yox olan sanksiyalar

Makronun beynəlxalq korrupsiya sxemi - Rüşvət qarşılığında yox olan sanksiyalar

Bakı Apellyasiya Məhkəməsi Azərbaycanda həbsdə olan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın şikayətini qismən təmin edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib və onun cəzası 12 ildən 9 ilə endirilib.

A.Derraz Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğv edilməsi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunur. Eyni ittiham Fransa prezidentinin mühafizə xidmətinin keçmiş rəhbəri Aleksandr Benallaya qarşı da irəli sürülüb. Derraz və Benalla F.Əhmədovun “Luna” yaxtası üzərindəki həbsin götürülməsi və beynəlxalq sularda sərbəst üzməsi, eləcə də milyarderin aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğv ediləcəyini bildiriblər. Qarşılığında 6 milyon 140 min dollar rüşvətin verilməsi ilə bağlı razılıq əldə olunub. İstintaq sənədlərinə görə, F. Əhmədovun 15 noyabr 2018-ci ildə 600 min ABŞ dollarını, gəminin üzərindən həbs götürüldükdən sonra isə 15 gün ərzində 5 milyon 540 min dolları tərəflərə verməsini razılaşdırıblar. F.Əhmədov Anass Derrazın “AL HILAL BANK”dakı hesabına 200 min dollar və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”dakı hesabına 400 min dollar köçürüb.

A.Derraz məhkəmə ifadəsində bildirib: “2018-ci ilin oktyabrında London Məhkəməsi tərəfindən milyarder Fərhad Əhmədovun yaxtasına həbs qoyulduğunu dostlarım vasitəsilə mənə bildirdilər. Məndən kömək istədilər, pul müqabilində kömək edə biləcəyimi dedim. Benalla özü də danışıq zamanı nüfuzundan istifadə edərək yaxtanı azad edəcəyini bildirdi. Mənim isə bu işdə vəzifəm vəkil tapmaq, yerli adamlarla tanış olmaq idi. Dedilər ki, gəminin bir ay sahildə qalması bir milyon dollar edir. Oteldə görüşüb müqavilə imzaladıq. Bizim işimiz ondan ibarət idi ki, yaxtanın üzərinə qoyulan həbsi götürərək beynəlxalq sularda üzməsini təmin edək. Müqaviləyə əsasən, bu işlərə Fərhad Əhmədov 6 milyon 140 min dollar ödəməliydi. Mənə dedilər ki, 1 milyon mənə veriləcək. Lakin mən razılaşmadım. Mənə 2 milyon 250 min dollar, 3 milyon 290 min dollar isə Benallaya verilməli idi. İlkin olaraq, 200 min dollar mənə çatdı. 400 min dollar isə Benallaya çatdı. İş tam başa çatmadığı üçün qalan pul verilmədi. Müqaviləyə əsasən mən nüfuzlu şəxslərlə əlaqə yaradaraq yaxtanın azad olunması ilə bağlı danışıqlar aparmalı, həmçinin hüquqi işlərlə bağlı vəkillərlə danışmalıydım. Benalla ilə ancaq telefon vasitəsilə əlaqə saxlamışam. Benalla da öz nüfuzundan istifadə edərək yaxtanın azad edəcəyini deyirdi”.

Lakin Benalla və Derraz rüşvət alsalar da, nə F.Əhmədovun yaxtasını, nə də özünü “xilas” edə bilməyiblər. Derraz cinayət əməlinə görə həbs olunub, Benalla isə beynəlxalq axtarışa verilib.

Derrazın törətdiyi cinayət əməllərinin pərdəarxası Fransa rəhbərliyinin, birbaşa prezident Emmunael Makronun beynəlxalq səviyyədə qurduğu korrupsioner sxeminə işıq salır. Korrupsiya sxemi və qeyri-qanuni əməllərin əsas icraçılarından biri uzun müddət Makronun şəxsi mühafizəçisi olan Aleksandr Benalladır.

Makronun “qaranlıqlar şahzadəsi” kimi tanınan Benallanın adı müxtəlif qeyri-qanuni fəaliyyətlərdə hallansa da, hər dəfə Fransa prezidentinin müdaxiləsi ilə bu işlər ört-basdır edilib. 2018-ci ildə isə Parisdə keçirilən 1 May nümayişlərinə qarşı törədilən zorakılıq zamanı polis zabiti olmayan Benallanın uniformada və dəbilqədə etirazçıları döyüdüyünü əks etdirən görüntülər yayıldı. Makron onu qorumağa çalışsa da, təzyiqlər qarşısında geri çəkildi və 15 günlük “işdən uzaqlaşdırma” cəzası verildi. Benalla Makron tərəfindən Prezident Administrasiyasında digər vəzifələrə təyin olunsa da, daha sonra uzaqlaşdırıldı. Lakin bu “uzaqlaşdırma” görüntü xarakteri daşıyırdı, çünki “qranlıqlar şahzadəsi” Makronun bütün qaranlıq işlərinin əsas icraçı olub. Bura həm rüşvətin alınması, həm də qeyri-rəsmi şəkildə casus fəaliyyətlərinin aparılması, hətta sui-qəsdlərin təşkili də daxildir.

Benallanın 2018-ci ildə etirazçını sürüdüyü ilə bağlı görüntüləri siyasi qalmaqala çevrildikdən sonra maliyyə prokurorları və korrupsiyaya qarşı mübarizə qurumları onun fəaliyyətini araşdırmağa başladı. Araşdırmalar zamanı Benallanın korrupsiya sxemi qurduğunu və qeyri-qanuni fəaliyyətlərdə şəxsi əlaqələrindən geniş istifadə etdiyinə dair məlumatlar ortaya çıxıb. Onun adı hətta çirkli pulların yuyulmasında da hallanır. Məlumatlara görə, o, rusiyalı milyarder İsgəndər Mahmudovdan 300 min avro məbləğində rüşvət alıb. Fərhad Əhmədovla bağlı rüvştə qalmaqalı da belə işlərdən biridir. Benalla Rusiya və digər sanksiyalara məruz qalan ölkələrdəki iş adamlarını rüşvət qarşılığında “qorumaq” işinə rəhbərlik edib. Bu prosesin başında isə Makronun dayandığı deyilir. Çünki Benallanın beynəlxalq rüşvət ssxemi yaratması və cəzasız qalması, yaxud simvolik cəzalarla yaxasını qurtarması təsadüfi ola bilməz. Məlumatlara görə, Benalla irimiqyaslı cinayət əməllərini məhz Makronun mühafizəsi və dəstəyi ilə həyata keçirə bilib. Beynəlxalq rüşvət sxemindən əldə olunan külli miqdarda vəsaitlərin əsas hissəsinin Makronun özü və ya siyasi komandası ilə bölüşdürülməsi istisna edilmir. Benallanın bir sıra ölkələr, xüsusilə Afrika ölkələri üçün Yelisey sarayındakı əlaqələri üçün lobbiçilik etməsi ilə bağlı aparılan rəsmi araşdırmalar da bu ehtimalı gücləndirir.

Benallanın işdən çıxarıldıqdan sonra da xarici səfərlərdə, xüsusilə Afrika ölkələrinə gedərkən, diplomatik pasportlardan qanunsuz olaraq istifadə etməsi isə onun Fransada yüksək səviyyəli rəsmilər, birbaşa Makronun olması istisna deyil, tərəfindən himayə edildiyini deməyə əsas verən amillərdəndir. Makronun “qaranlıqlar şahzadəsi”nin vəzifəsindən uzaqlaşdırıldıqdan sonra müxtəlif ölkələrdə hüquq sektoru və digər işlər həyata keçirdiyi deyilsə də, gerçəkdə onun “sui-qəsd qrupu”na rəhbərlik etdiyi, həm kəşfiyyat məlumatlarının toplanması, həm də Fransa rəhbərliyinin digər sifarişlərini icra etməsi haqqında məlumatlar mövcuddur.

Rusiyada fəaliyyət göstərən “Ədalətsizliyə qarşı mübarizə fondu”nun (FBİ) hazırladığı hesabatda bununla bağlı sensasion hesab ediləcək detallar yer alır. Kəşfiyyat məlumatlarına istinadən hazırlanan hesabatda qeyd olunur ki, Benallanın rəhbərlik etdiyi sui-qəsd qrupu “Ağ Zambaq” adlandırılır və qrup müxtəlif ölkələrdə, əsasən də Afrikada birbaşa Makronun əmirlərini icra edir. Məlumatlara görə, Fransa xarici kəşfiyyat xidmətinin (DGSE) keçmiş rəhbəri Bernard Emie qrupun strateji planlarının hazırlanmasında, Makronun keçmiş müşaviri Patrik Strzoda maliyyəsinin təminatında, Paris polisinin rəhbəri Laurent Nunez isə casus və əməkdaşlarının əməliyyata hazırlanmasında iştirak edir. İddialara görə, Fransada etirazçı “sarı jiletlilər” hərəkatına liderlik edən deputat Olivier Dassault və fəal İsabelle Ferreyranın ölümünün arxasında da Makronun sui-qəsd qrupu olub.

Bu faktlar Emmanuel Makronun “demokratiya prinsiplərinə sadiqliyinin” və Fransanın “respublika dəyərlərinin” görüntüdən başqa bir şey olmadığını bir daha təsdiq edir. Reallıq isə ortadadır: Makronun dəstəyi ilə beynəlxalq sanksiyaları rüşvət qarşılığında “satılır”, Benallanın icra etdiyi bu cinayət əməllərindən əldə olunan gəlirlər də Fransa siyasi elitasına çatır.

Bütün bunların fonunda Makron Fransası Azərbaycana “demokratiya” və “şəffaflıq” məsələlərində ittihamlar irəli sürür. Gülünc mənzərədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm