Art
Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı - - FOTO
Tehranda Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, açılış mərasimi iranlı və azərbaycanlı incəsənət xadimlərinin iştirakı ilə təşkil olunub.
Mərasimin açılışında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmna qonaqları salamlayıb və Azərbaycan dilində iki ölkənin dostluğuna həsr olunmuş şerlər oxuyub.
Daha sonra Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib və hamını İranda Azərbaycan mədəniyyəti günlərinin tədbirlərində iştirak etməyə dəvət edib. Sonra İranın islami irşad və mədəniyyət naziri Rza Salehi qonaqları salamlayaraq Azərbaycan və İranı iki dost ölkə, xalqlarını isə qardaş xalq adlandırıb.
Mərasimin davamında Azərbaycanla bağlı videoçarx yayımlanıb. Daha sonra Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin konserti olub.
Bu gün həmçinin Tehranda miniatür kitablar və foto sərgisinin açılışı olub. Eləcədə Azərbaycan kino həftəsinə start verilib.
Sabah Azərbaycan mədəniyyəti gGünləri çərçivəsində Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin İsfahan şəhərində konserti baş tutacaq. (apa)
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO













.png)
.jpg)

.png)





















