Art
Milyonları ekrana bağlayan UNUDULMAZ SERİALLAR - - VİDEO
Nə qədər internet, sosial media inkişaf etsə də, xalqımızın teleseriallara marağı heç vaxt itməyib. Serialların reytinqini isə demək olar ki, 90% əyalətlərimizdə yaşayanlar müəyyən edir. Gündüz təsərrüfat işləri ilə məşğul olan əhali gecə öz yorğunluğunu bu serialları izləməklə çıxarır.
Millət olaraq seriala marağımız isə “Kölə İzaura”dan başlayıb desək, yanılmarıq. Ondan sonra isə “Santa Barbara” 9 il davam edərək insanları televiziyaya kilidləmişdi. Əlində vacib işi olan belə onu yarımçıq qoyub “Santa Barbara”nı izləyirdi. Seriala marağın güclü olduğunu görən film şirkətləri isə günü-gündən bu biznesi gücləndirdi. Bir-birinin ardınca çəkilən seriallar, zamanla özəl kanalların artması rəqabəti daha da gücləndirdi. Azərbaycanda 1990-cı illərdən Braziliya seriallarının üstünlük təşkil etməsi 2005-ci ilə qədər davam etdi. 2005-ci ildən sonra isə həyatımıza ANS TV-nin yayımladığı “Kurtlar Vadisi” ilə birlikdə türk serialları girməyə başladı. “Yabancı damat”la “Kaybolan Yıllar”ını arayan əhali 2012-ci ildə gələn qadağa ilə “Yaprak dökümü” yaşadı. Beləliklə, “Amaci” kimi tanınan “Bu zalım dünyada doğulma” tipli hind seriallarının da yayımına son verildi. Bu addım isə yerli serialların inkişafına dəstək üçün atılmışdı.
Publika.az bu gün sizə nostalji hisslər yaşadaraq, illər boyu “dəli”si olduğumuz serialların siyahısını təqdim edir:
“Santa Barbara” - serial 9 il davam edib və hələ də yaddaşlardan silinməyib.
“Bağban qızı” - qarşımızda tipik kasıb qız və varlı oğlan hekayəsi var idi. Sonda qızın zəngin bir ailədən olduğunu öyrənəndə heç kəs şoka düşmədi.
“Səhrada məhəbbət” - Andres və Barbaranın eşq hekayəsi və Mikayella rolunu ifa edən Ketrin Siaçokanın möhtəşəm aktrisa oyunu ilə yaddaşlarda dərin iz qoyan serial idi. ANS TV-nin dublyajı isə seriala ayrı bir rəng qatırdı.
“Klon” - Serialın ana xətti Doktor Albiyerinin böyük sirri idi. Hade və Lukasın simasında isə ekran işi Şərq və Qərb adətlərini, musiqilərini insanlara fərqli bir dillə çatdırırdı. Serial o dərəcədə çox izlənilirdi ki, hətta ona şeirlər belə yazılırdı.
“Rebeka” - ATV-də yayımlanan bu serial rus dilində olsa da, geniş kütlə tərəfindən maraqla baxılırdı. Sonda isə 3 kişi tərəfindən sevilən Rebekanın kiminlə evlənməsini tamaşaçılar sms vasitəsilə təyin etdilər.
“Qvadalupe” - Serialın baş rollarında Adela Noreiqa, Eduardo Yanez çəkilib. Daha sonra “Şirin çağırış” serialında da tərəf müqabili olan ulduzlar arasında sevgi münasibətləri real həyatda da davam edib.
“Dul qadın Blanko” - Sehirli güclərə malik iki əkiz oğlu ilə yaşayan Alisiyanın keşməkeşli həyatından bəhs edən serial AzTV-nin ən çox izlənilənləri sırasında idi.
“Qisas” - Anası ilə eyni vaxtda ölən Valentinanın ölümündən bəhs edən serialda Elenanın ruhu qızının bədəninə girir. Ssenari isə bundan sonra Elenanın öz yaxınlarından intiqam alması ilə başlayır.
“Dəlisov Anastasiya” – “Rahib” ləqəbli caninin qorxuya saldığı ailə, lənətlənmiş boyunbağı və üçəm bacılardan bəhs edən bu serial 2005-ci ildə həftəiçi 5 gün 19:00-da ANS-də yayımlanırdı.
“Fırtına” - ATV-nin efirində yayımlanan ekran işində anasının oğluna aşiq olması kimi Azərbaycan mentalitetinə zidd olan hadisələr yer alırdı.
“Tikan və qızılgül” - Katarina və Petruçonun fermada pendir düzəltməklə keçirdiyi tragikomik hadisələrdən bəhs edən serialı Azərbaycan tamaşaçısı sevə-sevə izləyirdi.
“Mənim ikinci anam” – “Zita və Gita” tərzində olan serial, əkiz bacıların uşaq vaxtı ayrı düşüb müxtəlif ailələrdə böyüməsindən bəhs etsə də xalqımız onları çox səmimi qəbul etmişdi.
“Kurtlar Vadisi” – “Odda yanmaz, suda batmaz” deyimini öz üzərinə götürən Polat Alemdarın hekayəsi Azərbaycan TV məkanına türk seriallarının inteqrasiya etməsinin ən böyük səbəbi idi.
“Tropikanka” - Varlı ailədən olan Letisiya və özündən 7 yaş böyük sevgilisi haqqında eşq hekayəsi tamaşaçılar tərəfindən çox sevilib.
“Aşka sürgün” - Mahsun Kırmızıgülün azərbaycanlı fanatlarının artmasına səbəb olan serial, Beren Saatın da özünü yüksəltdiyi bir iş olaraq qarşımıza çıxmışdı. Azərbaycanlılar Zilan və Hazar cütlüyünün xoşbəxt olmasını lotoreyada 100 min pul qazanmaqdan daha çox istəyirdilər.
“Vəhşi mələk” - Aktrisa Natalia Oreyro “Vəhşi mələk” serialında canlandırdığı obrazı ilə çoxlarının ürəyini fəth etməyi bacarıb. Serialın üzərindən illər keçməsinə baxmayaraq aktrisa hələ də illərə meydan oxuyur və serialları yaddaşlarda qalmağı bacarıb.
Pərviz Hüseyn
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır