Art
Bakıda BMT Mədəniyyət Parkı yaradılacaq
Art Villa rəsm qalereyasında "H.E.Art” layihəsi çərçivəsində BMT Mədəniyyət Parkının yaradılması üçün hazırlığa başlanılıb.
Publika.az xəbər verir ki, BMT-nin yerli nümayəndəliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşəbbüsü ilə yaradılan parkda rəssamlar Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda çəlləklər üzərində rəsm əsərləri çəkəcək və yaşıllıq guşələri yaradacaqlar.
Dayanıqlı İnkişaf Məqsədləri yoxsulluğun bütün formalarına son
qoymaq, bərabərsizliklərə qarşı tədbirlər görmək və iqlim
dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə Birləşmiş Millətlər
Təşkilatı tərəfindən 2015-ci ildə qəbul edilib.
Parkın açılışdan öncə yanvar-mart ayları ərzində “Workshop”
formatında yaradıcılıq tədbirlərinin keçirilir. Təşəbbüsü
təşkilatçı tərəflərlə yanaşı, Azərbaycan Mədəniyyət Nazirliyi
dəstəkləyir.
Yerli sakinlər və xarici qonaqların istifadəsinə açıq parkda
Azərbaycan dövlətinin dünya ölkələri ilə olan dostluğunu əks
etdirmək üçün müxtəlif səfir və nümayəndələr tərəfindən ağaclar
əkiləcək. Parkda incəsənət nümunələrinin yerləşdirilməsi ilə yanaşı
çoxsaylı mədəniyyət tədbirlərinin keçirilməsi üçün bir məkan kimi
istifadə olunması nəzərdə tutulur.
Qeyd edək ki, HEART, Arts Council Azerbaijan təşkilatının neft
çəlləklərinin istifadədən sonrakı emalına töhfə vermək məqsədi ilə
yaratdığı ekoloji layihədir.
-
İdman23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin220:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)


























.jpg)









.jpg)
