Art
Şəfiqə Məmmədova: “Bu, gələcək nəsil üçün əvəzolunmaz mirasdır” - FOTO
Bu gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor, ssenari müəlifi və aktyor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı baş tutub.
Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinotənqidçi Ayaz Salayev, tanınmış kinorejissor Şeyx Əbdül, aktyor Firdovsi Atakişiyev, Rafiq Əzimov, Ənvər Həsənov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov və başqa kino xadimləri iştirak edib.
Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılması ilə bağlı Şəfiqə Məmmədova öz fikirlərini bölüşüb. Şəfiqə Məmmədova sənətkarın həyat və yaradıcılığından söz açaraq bildirib ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayıb, quruluş verdiyi ekran əsərləri ilə milli kino tariximizi zənginləşdirib. Ömrünün 40 ildən çox dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi bütün filmlərdə özünü professional rejissor kimi təsdiq edib:
“Kino studiyanın əməkdaşlarına öz təşəkkürmü bildirirəm ki, bizim belə korifey ustadlarımızın yaradıcılıq otaqlarını bərpa edir. Bu, həm gənc nəsil, həm kinostudiya üçün, ümumiyyətlə gələcək kino tarixi üçün əvəzolunmaz mirasdır. Arzum odur ki, belə tədbirlər davamlı olaraq keçirilsin və kinostudiyanın otaqlarından həmişə gülüş səsləri gəlsin. Tədbirlər, yaradıcılıq müzakirələri davamlı olsun. Bu otaq isə xatirə kimi yaddaşlarda həmişə yaşasın”.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd edib ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib. Onun filmlərinin hər birinin öz maraqlı süjeti var, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinoya yeni üslub və nəfəs gətirib. M.Hətəmov çıxışında Tofiq Tağızadənin 100 illiyi ilə haqqında Prezident İlham Əliyevin sərəncam imzaladığını diqqətə çatdırıb və bildirib ki, görkəmli kino xadiminin il ərzində yubiley geniş şəkildə, müxtəlif tədbirlərlə qeyd olunacaq:
“Azərbaycanfilm Kinostudiyası Tofiq Tağızadənin mənəvi evi olub. O, kino tariximizdə görkəmli yeri olan bir sənətkardır. Biz belə qərara gəldik ki, məşhur rejissorların yaradıcı otaqlarını bərpa edək və bunu bir ənənə halına gətirək. Bu otaqlarda ən istedadlı gənc rejissorlarımız, operatorlarımız və ssenaristlərimiz çalışacaq. Tofiq bəyin və digər sənətkarların qarşısında olan borcumuzu qismən də olsa yerinə yetirmək üçün belə layihələri həyata keçirtməyə davam edəcəyik”.
Qeyd edək ki, bu il sənətkarın anadan olmasının 100 illiyi tamam olur. 24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevsənətkarın 100 illiyinin keçirilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, "Azərbaycanfilm" kinostudiyasında bundan əvvəl kinorejissor Rasim Ocaqovun da yaradıcılıq otağının acılışı olub.
Aytən Məftun
-
Nida Xəbər 13:14Ramiz Mehdiyevlə bağlı iclas: Alimlər hamısı yatır - FOTO
-
İqtisadi gündəm12:42Şad xəbər: Azərbaycanda minimum əməkhaqqı artırılacaq
-
Dünya12:12Ukrayna Rusiyanın bu obyektini vurub, bəs ABŞ niyə nota verib? - Sensasion fakt açıqlandı
-
Nida Xəbər 11:43Baş nazir ona yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 11:25Leyla Əliyeva Qubada iftar məclisində iştirak etdi - FOTO
-
ABŞ11:22Həyat yoldaşına rus qadınlarla xəyanət etdiyini boynuna aldı: İki dəfə...
-
ABŞ10:52Yaxın 6 ayda bu 3 ölkədə rejim dəyişəcək: ABŞ adlarını açıqladı
-
Dünya10:10Türkiyə İrana hücum edəcək? - Rəsmi açıqlama














.jpg)

.jpg)



















.jpg)


