Art
ABŞ-ın nüfuzlu Universitetində Azərbaycan musiqisi təqdim olundu - FOTO/VİDEO
Şimali Kalifroniyada yerləşən, ABŞ-ın və dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından olan Stanford Universitetində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyilə keçirilən konsertdə Azərbaycan musiqisi təqdim olunub. ABŞ-da yaşayan və sözügedən universitetdə Azərbaycan və Mərkəzi Asiyanın türkdilli xalqlarının musiqisini tədris edən azərbaycanlı tanınmış kamança ustası İmamyar Həsənov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tar ifaçısı Rüfət Həsənovun təqdimatında keçirilən konsertdə Stanford Universitetin tələbələri müxtəlif musiqi alətlərində Azərbaycan musiqisindən nümunələr ifa ediblər.
Konsertdən öncə Stanford Universitetinin Musiqi fakültəsinin Etnomusiqi, İslam və incəsənət üzrə professoru Denis Gil çıxış edərək, bu gözəl mədəni tədbirin sözügedən universitetdə təşkil edilməsindən xüsusi məmnunluq duyduğunu ifadə edib. O, Azərbaycan muğamı və ölkəmizin zəngin musiqi irsini yüksək qiymətləndirdiyini, kamança ustası İ.Həsənovun yaradıcılığı ilə hələ Stanforda gəlməmişdən öncə yaxından tanış olduğunu bildirib. D.Gil İ.Həsənov ilə birgə Stanfordda Azərbaycan və Mərkəzi Asiya musiqisini tədris eməkdən məmnun olduğunu bildirərək, kursun tələbələrinin belə bir konsertinin keçirilməsini əlamətdar hadisə adlandırıb.
Kamança ustası İ.Həsənov çıxışında Azərbaycanın zəngin musiqisi, mədəniyyəti, Azərbaycan muğamı haqqında ətraflı məlumat verib. O, Azərbaycan muğamının 2003-cü ildə YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunduğunu, 2008-ci ildə isə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyini vurğulayıb.
Çıxışlardan sonra Stanford tələbələrinin müşayiətilə kamança ustası İ.Həsənov və tar ifaçısı R.Həsənov Azərbaycan muğamı, xalq və bəstəkar mahnılarından müxtəlif nümunələr ifa ediblər. Konsert proqramı tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Stanford Universitetində İmamyar Həsənovun tədris etdiyi “Azərbaycan Musiqisi” kursu təsis olunub. Bu kurs ABŞ-ın ən tanınmış universitetləri arasında Azərbaycan musiqisinin tədrisinə həsr olunmuş ilk kurs kimi tarixə düşüb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)

























.jpg)

