Art
Arif Məlikov I Fəxri xiyabanda dəfn olundu - FOTO
Xalq artisti Arif Məlikov I Fəxri xiyabanda dəfn olunub.
***
15.35
Arif Məlikovla vida mərasimi başa çatıb.
Xalq artistinin cənazəsi torpağa tapşırılması üçün I Fəxri xiyabana aparılıb.
***
15.19
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli bəstəkar Arif Məlikovun vida mərasimində iştirak edir.
Mərasim hazırda davam edir
***
14.38
Dahi bəstəkar, Xalq artisti Arif Məlikovla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi başlayıb.
Publika.az xəbər verir ki, mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəybəyli və digər şəxslər iştirak edir.
Akademiyanın rektoru Fərhad Bədəybəyli dahi bəstəkar haqqında xatirələrini bölüşüb:

"Arif müəllim Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq, ən istedadlı, ən unikal nümayəndələrindən biridir. Hələ gənc yaşlarında maestro Niyazi ilə birlikdə dahi baletmeyster Qori Qriqoriyeviç, həmçinin Nazim Hikmət kimi dahi insanlarla ünsiyyətdə olmuşdu. Qara Qarayevin tələbəsi idi. Ən məşhur əsəri "Məhəbbət əfsanəsi" ona dünya şöhrəti qazandırıb. Bu əsər dünyanın 62 ölkəsində böyük uğurla tamaşaya qoyulub. Arif müəllim böyük pedaqoq idi. Səhhətində problem yaransa da, son günlərinədək akademiyaya gəlirdi. Bu, Azərbaycan mədəniyyəti üçün ağır itkidir".
O, dahi bəstəkarın ailəsinə başsağlığı verib.

Xalq artisti Faiq Sücəddinov bildirib ki, Arif Məlikov onun müəllimi olub. "Arif Məlikovun həyatdan köçməsi məni çox kədərləndirdi. Vaxtı ilə mənim müəllimim olub. Heç inanmaq olmur ki, bu dahi şəxsiyyət artıq həyatda yoxdur. Amma onin dahi musiqiləri bizimlə hər zaman yaşayacaq. Tələbələri ilə hər zaman gözəl ünsiyyətdə olurdu. Allah ona rəhmat etsin".
Bəstəkarın həyat yoldaşı vida mərasimində çıxış edib:
"Arif Məlikovsuz həyat mənə çox çətindir"
Mərhumun həyat yoldaşı bu itkidən böyük sarsıntı keçirdiyini bildirib. "Heç nə deyə bilmirəm. Mənə çox çətindir".

Vida mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib:

"Bzim aramızdan böyük bir şəxsiyyət ayrıldı, Arif Məlikov haqq dünyasına qovuşdu. Amma onun adı daima Azərbaycan xalqının yaddaşında və mədəniyyət səlnaməsində qalacaq. Düşünürəm ki, onun sənət əsərləri musiqiçilərin, orkestrlərin, repertuarından silinməyəcək. Çünki bu musiqi Azərbaycan xalqınının zəngin olan mədəniyyətinin parlaq nümumələrindən biridir. Allah ona rəhmət eləsin. Əminəm ki, Azərbaycan xalqı Arif Məlikovun əziz xatirəsini daima ürəklərində yaşadacaq".
Əməkdar artist Elza Seyidcahan Xalq artisti Arif Məlikovun ölüm xəbərini eşidəndə göz yaşlarına hakim ola bilməyib.

Dahi bəstəkarın vida mərasimində iştirak edən sənətçi təəssüratlarını paylaşıb: "Arif Məlikov həm də çox gözəl pedaqoq idi. O, mənim müəllimim olub. Gözəl xüsusiyyətlərə, keyfiyyətlərə malik bir dahi şəxsiyyət idi. Arif bəy son günlərinədək xalqımıza şərəflə xidmət göstərən dahi bəstəkar idi. Əsərləri və musiqiləri ilə Azərbaycan mədəniyyəti tarixində böyük bir iz qoydu. Onun çoxlu istedadlı tələbələri arasında mən də varam. Çox xoşbəxtəm ki, Arif müəllimin tələbəsi olmuşam. Bu, bizim mədəniyyətimiz üçün ağır bir itkidir. Allah rəhmət eləsin"
Aytən Məftun
Pərviz Həşimi
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)

























.jpg)

