Art
Şirvanşahlar Sarayında Mixael Hessin Nəsimi haqqında kitabının təqdimatı oldu
Sentyabrın 28-də Şirvanşahlar Sarayında Heydər Əliyev Fondu və Mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində almaniyalı mühazirəçi Mixael Hessin “Məndə sığar iki cahan. Azərbaycanın ölməz şairi İmadəddin Nəsimi” kitabının təqdimatı olub.
Publika.az xəbər verir ki, kitab ilk dəfə olaraq İmadəddin Nəsiminin həyatı haqqında tədqiqata incəsənət nöqteyi-nəzərindən yanaşmaqla, onun qlobal oxucu tərəfindən asan qavranılması imkanı yaradır.
Tədbirdə çıxış edənlər mütəfəkkir şairin irsinin araşdırılmasının davam etdirilməsini mədəni-mənəvi dəyərlərin öyrənilməsi baxımından yüksək qiymətləndiriblər. Qeyd olunub ki, monoqrafiya Nəsimi irsinə həm beynəlxalq alimlərin, həm də daha geniş auditoriyanın diqqətinin cəlb olunmasında böyük rol oynayacaq.
Bildirilib ki, nəşr, İmadəddin Nəsiminin həyatına misilsiz metodoloji yanaşmanı və onun işlərinin şərhini təqdim edir. Bununla yanaşı, nəşrdə çoxlu sayda elmi tezislər və nəticələr də yer alıb.
Qeyd edək ki, Türkoloq Mixael Hess orta dövrlər və müasir dövr tarixi, Yunanşünaslıq, İslamşünaslıq və Türkologiya üzrə təhsil alıb. O, 1997-ci ildə türkoloq kimi doktorluq və 2005-ci ildə elmlər namizədi dərəcələrini alıb, o vaxtdan etibarən mühazirəçi kimi fəaliyyət göstərir.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


