Art
Rusiya folklor kollektivlərinin konsert proqramı maraqla qarşılandı - - FOTO
Oktyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində dağıstanlı ustaların əl işlərindən ibarət sərgi və milli tikmə sənəti üzrə ustad dərsləri keçirildi.
Tədbir Rusiya və Azərbaycanın Mədəniyyət nazirliklərinin birgə təşəbbüsü ilə reallaşan "Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda platforma çərçivəsində təşkil olunmuşdu. Qonaqlar zəngin sənətkarlıq sərgisi ilə maraqla tanış oldular. Ustad dərslərindən sonra Rusiyadan gəlmiş folklor kollektivlərinin ifasında konsert proqramı təqdim edildi.
Konsertdə Başqırdıstanın Fayzi Qaskarov adına Dövlət Akademik Milli Rəqs Ansamblı, Komi Respublikasının “Qızıl əllər” ansamblı, Tambov vilayətinin “Domino” rəqs qrupu və Kemerovo şəhərindən Çıltıs Tannaqaşevanın xor kollektivi çıxış etdi.
Kollektivlər dünya şöhrətli Azərbaycan müğənniləri, SSRİ xalq artistləri Rəşid Behbudov və Müslüm Maqomayevin repertuarından əsərləri səsləndirdilər. Bir-birindən maraqlı, rəngarəng ifalar tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Müxtəlif xalqların bir səhnədə təqdim etdiyi konsert proqramı bir daha sübut edirdi ki, multikultural dəyərlər dostluğa, qardaşlığa xidmət edir.
Konsertin sonunda ifaçılar səmimi qarşılanmaya görə Azərbaycan tamaşaçılarına minnətdarlıqlarını bildirdilər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)

.jpg)






















.jpg)

.jpg)
