Art
Nazir əlilliyi olan şəxslərin tamaşasını izlədi - FOTOLAR
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanmış “Solğun sevgilər” tamaşasının premyerası olub.
Publika.az xəbər verir ki, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və incəsənət xadimləri iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin teatr-studiya ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihənin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir. Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hazırlanıb.
Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.
Premyeradan sonra tamaşanın yaradıcı heyəti ilə görüşən S.Babayev onların təqdim etdikləri tamaşanın uğurlu bir yaradıcılıq nümunəsi olduğunu qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətlərində tədbirlərin getdikcə geniş miqyas aldığını vurğulayıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısından bəhs edib.
Nazir bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib, yaradıcı heyətə yeni uğurlar arzulayıb.
Ə.Qarayev əlilliyi olan gənclərin iştirakı ilə hazırlanan layihənin sosial inklüzivliyi ilə diqqəti cəlb etdiyini deyib. Hər bir kəsin yaradıcı potensialının üzə çıxarılması, aşkarlanması üçün belə imkanlardan istifadə edilməsinin çox yaxşı hal olduğunu bildirib.
Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu və İqbal Əliyevin (quruluşçu rəssam), Vüqar Camalzadənin (musiqi tərtibatı), Elnur İsmayılovun (xoreoqraf), Elçin Əliyarovun (işıq rəssamı), Ruslan Axundovun (səs rejissoru) və digərlərinin birgə əməyi ilə hazırlanan tamaşada aktyor heyəti də özünün istedadlı ifası ilə seçilib. Türkay Cəfərli (Bəhram), Elnarə Qədimova (Sara), Xəqani Əliyev (Azad), Günay Əhməd (Pəri), Aysel Əlizadə (Dəniz), Ülviyyə Əliyeva (Gülnisə), Nazlı Əliyeva (Tamam), Cavid İbrahimov (Axund Fərəculla), Səma Məmmədova (Tibb bacısı), Rəsul Məmmədli (Vəkil), Rəsul Zəkiyev (Rəsul), Taleh İsmayılov (Əbdül), Zümrüd Qasımova (Vicdan), Rüxsarə Zeynalova (Bərbər), Şamxal Xələfli (1-ci Ruh), Rafael Mustafayev (2-ci Ruh), Nəsib Şamxalov (3-cü Ruh), Rüfət Şahpələngov (4-cü ruh) yaddaqalan, maraqlı aktyor ifaları ilə tamaşanın ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.
Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.
Ümumilikdə tamaşa insanları sevginin saflığını, sədaqəti daim uca tutmağa çağırır.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO










.jpg)



.jpg)

.jpg)


















.jpg)


