Art
Nizami Abbas: “Bir ölkənin ərazi bütövlüyü və azadlığı uğrunda şəhidi yoxdursa...”
Nizami Abbasın rejissorluğu ilə Ramiz Fətəliyevin ssenarisi əsasında ekranlaşdırılan “Silahdaşlar” filminin dünən Nizami Kino Mərkəzində nümayişi baş tutub.
Publika.az xəbər verir ki, “Salnaməfilm” studiyasında çəkdiyi “Silahdaşlar” tammetrajlı sənədli filmi 1990-cı il 20 Yanvar hadisələrini lentə alan kino işçilərinin fədakarlığından bəhs edir.
Nümayişdən əvvəl 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra filmin rejissoru, Əməkdar incəsənət xadimi Nizami Abbas səhnəyə çıxaraq 20 Yanvar xatirələrindən danışıb:
“30 il yaman tez gəldi... Ancaq biz bu 30 ildə nə qədər şəhidlər qazandıq. Əgər bir ölkənin ərazi bütövlüyü və azadlığı uğrunda şəhidi yoxdursa, o ölkənin heç bir zaman tarixi də olmaz.
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması uğrunda şəhid olan insanların dəfn olunduğu məkanda, 72 il sonra - 1990-ci ildə əliyalın xalq təpədən dırnağa qədər silahlanmış, sovet imperiyasının qoşunları ilə üz-üzə qaldı. Azərbaycan tam mənası ilə təklənmişdi. Sonralar həmin o müqəddəs yer Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, Qarabağ döyüşlərində canını fəda edən oğullarımızın məkanı oldu. Şəhidlər xiyabanında üç tarixi dönəmin şəhidləri dəfn olub, odur ki, bu məkan bizim üçün doğmadır.
90-cı ildə Azərbaycan Film Kinostudiyasının "Salnaməfilm" studiyasında “Azadlığa gedən yollar” lentə alındı. Azərbaycan Film Kinostudiyasının o zamankı direktoru Ramiz Fətəliyevin rəhbərlik etdiyi o qərargahda aktyor heyətindən tutmuş texniki işçilərə qədər hər kəs həmin o müqavimət hərəkatının önündə idi.
“Silahdaşlar” ekran əsərinin əsas mövzusu da “Azadlığa gedən yollar” ın necə çəkilməsi haqqındadır. Bu filmi çəkən insanlar “Silahdaşlar”da o dövr haqqında öz xatirələrini bölüşüb”.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











.png)


.jpg)





















.jpg)
.jpg)

