Art
Nurlana bu dəfə oxucuların görüşünə gəldi - "Hər iki mən"i ilə / FOTO
Ötən gün YARAT Müasir İncəsənət Mərkəzində, Radio və Televiziya aparıcısı Nurlana Cəfərovanın ilk şeir toplusu olan "Hər İki Mən" adlı kitabın təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, uşaqlıq yaşlarından şeirə böyük maraq göstərən aparıcının hazırladığı poeziya gecəsində Xalq artisti Faiq Sücəddinov, aktrisa Oksana Rəsulova, aparıcı Turanə Hüseynli, Azər Süleymanov, Rəşad Mehdili, Vüsalə Səid, ProMete, aktyor Vüsal Murtuzəliyev, Əlixan Rəcəbov, Sənan Əlləz, müğənni Bəbir Bəbirli, ailə üzvləri, dostları və başqaları qonaq olub.
Bir çox populyar estrada mahnılarının müəllifi olan Nurlana Cəfərova həyəcanlı olduğunu gizlətməyib:
"İndiyə qədər çox böyük səhnələr görmüşəm, amma bugünki qədər həyəcanlı olduğumu xatırlamıram. Kitabım ötən ilin dekabrında nəşr olunub, ön sözünü xalq şairimiz Vahid Əzizə həvalə etdim. Nəinki onun hətta kitab dərc edilmədən öncə bir çox şairlərin fikirlərini almışam.
Sözsüz ki, mənim böyüklərə hörmət və rəğbət bəsləyən insan kimi bunu etmək borcum idi".
Gecənin xüsusi qonağı olan tanınmış bəstəkar Faiq Sücəddinov çıxışında Nurlana Cəfərovanın çox istedadlı xanım olduğunu qeyd edib:
"Azərbaycan çox yazıçılar, şairlər yetişdirib- böyük Səməd Vurğundan başlayaraq Nəbi Xəzri, Fikrət Qoca, Baba Vəziroğlu və bir çox yaradıcı insanlar. Çox istəyərdim ki, şeirlərində vətən, Azərbaycan və böyük hərflərlə yazılan sözlər olsun. Səni və ailəni təbrik edirəm".
Gecənin açılışı elan edildikdən sonra tədbir bədii hissəylə davam edib. Vüsal Murtuzəliyev "Xoşbəxtlik" Vüsal Oksana Rəsulova "Dram", Eldar Qasımov "Bax uçuram", Fariz İlyasov "Sən və Mən", Azər Süleymanlı "Hədiyyə" və s. bir çox qonaqlar "Hər iki mən" kitabında şeir və musiqilər səsləndirib.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





