Art
Nazir Rafael Dadaşovun dəfn mərasimində: “Sağlamlığı ilə bağlı əziyyət çəkirdi”
“Bizim üçün böyük itkidir, şəxsən mən gözəl bir insanı itirmişəm. Münasibətlərimiz həmişə çox yaxşı olub. Sağlamlığı ilə bağlı əziyyət çəkirdi, Allah rəhmət etsin. Rafael Dadaşov Azərbaycan teatr tarixində böyük bir səhifə yazıb. O, sənətkar ailəsində və teatr mühitində böyümüşdü”.
Publika.az xəbər verir ki, bu sözləri bir neçə saat əvvəl Xalq artisti Rafael Dadaşovun II Fəxri Xiyabanda keçirilən dəfn mərasimində iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev aktyorla bağlı xatirələrini jurnalistlərlə bölüşərkən deyib:
“Azərbaycanın bir neçə regionlarının teatrlarında çalışsa da, sözsüz ki, əsas fəaliyyəti Akademik Milli Dram Teatrı ilə bağlı idi. Onun səhnədə canlandırdığı qəhrəmanlar bu gün də yaşayır. 60-70-ci illərdə Don Juan rolunu böyük maraqla izləyirdik. “Hamlet”də kral rolunu, Qoqolun “Müfəttiş” tamaşasını isə çox böyük ustalıqla oynamışdı. Ümumiyyətlə çoxşaxəli insan idi, televiziya və radioda da çalışmışdı. Gözəl dost idi. Cənab Prezident və Mehriban xanım Əliyeva həmişə onun səhhətini diqqətdə saxlayırdı. Lazım olan köməkliyi göstərmişdilər, lakin bu, Allahın hökmüdür. Allah ona rəhmət etsin. İndiki vəziyyətdə vida mərasimlərinin keçirilməsi yerinə düşməzdi. Amma biz artıq nəzərdə tutmuşuq ki, teatrların qapıları tamaşaçılara açıq elan edildikdən sonra mütləq onun xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə təşkil olunsun. Mütləq onu yada salacayıq”.
Aytən Məftun
Foto: Pərviz Həşimi
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











.png)


.jpg)





















.jpg)
.jpg)

