Art
ƏSA Teatrı “Balaca şahzadə” tamaşası ilə teatrsevərləri sevindirməyə hazırlaşır
Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan “ƏSA” Teatrı sayca səkkizinci tamaşasını hazırlayır.
Publika.az xəbər verir ki, teatr bu dəfə fransız yazıçı Antuan de Sent-Ekzüperiyə dünya şöhrəti gətirən “Balaca şahzadə” əsərinə müraciət edib.
“ƏSA” Teatrının baş meneceri Nicat Qulamın sözlərinə görə, may ayından etibarən intensiv şəkildə tamaşanın hazırlığına başlanılıb. Qarşıdakı müddət ərzində də tamaşanın məşqləri pandemiya ilə əlaqədar sosial izolyasiya və karantin qaydalarına uyğun olaraq həyata keçirləcəkdir. Səhnə əsərində ümumilikdə 14 aktyor iştirak edir. Nümayiş zamanı eşitmə məhdudiyyətli şəxslər üçün tamaşa sinxron şəkildə surdo-tərcümə olunacaqdır.
Sentyabr ayının sonlarında premyerası nəzərdə tutulan “Balaca şahzadə” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin dəstəyilə hazırlanır.
Qeyd edək ki, tamaşa-layihəsinin rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Əbdülqəni Əliyev, baş prodüseri Nicat Qulamdır. Əsəri fransız dilindən Cavanşir Yusifli tərcümə edib.
Xatırladaq ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət İnklüziv “ƏSA” Teatrı 2016-cı ilin sentyabr ayında yaradılıb. Artıq 5-ci teatr mövsümünə başlayan teatr bu günə qədər paytaxt və regionlarımızda uğurlu layihələr həyata keçirib.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











.png)




.jpg)



















.jpg)
.jpg)

