Art
Sevil Əliyeva “Rossiya-1” telekanalının efirində - "O VƏFAT EDƏNDƏN SONRA..."
Azərbaycanın ümummilli liderinin qızı, bəstəkar Sevil Əliyeva “Rossiya-1” telekanalının “Privet, Andrey” (“Salam, Andrey”) proqramının şair-nəğməkar Mixail Taniçə həsr edilmiş buraxılışında qonaq olub. Mixail Taniç iki mindən çox mahnının müəllifidir. Onun mahnılarından bir çoxunu əzbər bilirlər. Mixail Taniçin şerlərinə yazılmış mahnılar “Qadınları qoruyun”, “Böyük dəyişiklik” və digər filmlərdə səslənib.
Proqramın aparıcısı Andrey Malaxov studiyada Rusiyanın əməkdar artisti Lyubov Privini salamlayıb. Privin Mixail Taniçin və Sevil Əliyevanın “İlk məhəbbət” mahnısını oxuyub. Daha sonra videoəlaqə yolu ilə efirə Sevil Əliyeva qoşulub və Mixail Taniçin dul həyat yoldaşı Lidiya Mixaylovnanı salamlayıb.
“Mənim mahnım çoxdur, amma ən başlıcası Mixail İsayeviçlə birlikdə yazdığımız mahnılardır. Təəsüf ki, o vəfat edəndən sonra mənim musiqilərim ancaq instrumental janrda oldu. Çox melodiyalarım var, onların bir çoxunu hətta heç kim eşitməyib. Mən instrumental albom buraxmışam, onun təqdimatında Lidiya Mixaylovna iştirak edib. İki diskdən ibarətdir. Əlbətdə, əgər onlar mahnılar olsaydı çox yaxşı olardı. Mən demirəm ki, yaxşı şair yoxdur. Onlar var. Amma mənim şairim Mixail İsayeviç Taniçdir”,-Sevil Əliyeva deyib.
Aparıcı Andrey Malaxov isə öz növbəsində deyib ki, həmişə Sevil Əliyevanı studiyada gözləyir və onun məşhur “Kiçik gəmicik” mahnısını birlikdə oxumağa ümid edir.
Virtualaz.org
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)

























.jpg)
.jpg)
