Art
Azərbaycan "Karabakh is Azerbaijan" stendi ilə sərgidə təmsil olunacaq
18-21 noyabr tarixlərində İstanbulda Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş olunacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Publika.az-a verilən məlumata görə, Azərbaycan sərgidə KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.
Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.
“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də Azərbaycanın sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar veriləcək.
Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları, sənaye avadanlıqları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcək.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...











.png)
























.jpg)
.jpg)

