Art
“Viki” könüllülərindən “Xarıbülbül” festivalına böyük töhfə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri “Vikipediya” Elektron Ensiklopediyasında “Xarıbülbül” beynəlxalq musiqi festivalı haqqında “Vikipediya”nın özbək dil bölməsində məqalə yaradıblar.
Publika.az xəbər verir ki, bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
Yaradılmış məqalədə festivalın yaranması, onun adının mənşəyi, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, habelə tarixə ekskursiya edilmiş, maraqlı məlumatlar yer almışdır.
Virtual məqalədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbül Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrilir, bir çoxları üçün Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu kimi xatırlanır.
Materialda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi geniş istifadə olunmuş və bu nişanə əzəmət, məğrurluq, haqsızlığa qarşı əyilməz duruşu olan qələbə simvoluna çevrilməyə başlanmışdır. Tədricən isə Xarıbülbül azadlıq müharibəsinin simvoluna çevrilmiş, şəhidlərin əziz xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamışdır.
Daha sonra məqalədə festival haqqında məlumatlar yer almışdır. Qeyd olunur ki, Azərbaycanın məşhur xanəndəsi, Şuşa xanəndəlik məktəbinin nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən festival keçirilməyə başlanmış, 1990-cı ildə isə beynəlxalq status aldıqdan sonra festivalda Türkiyə, Yaponiya, ABŞ, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və SSRİ ölkələr iştirak etmiş və Festival çərçivəsində konsert Azərbaycanın Qarabağ bölgəsinin Ağdam, Bərdə və Ağcabədi şəhərlərində də keçirildiyi məlumatlarda öz əksini tapıb.
Virtual səhifədə 1992-ci ildə mayın 15-də başlanmalı olan dördüncü festivalın ləğvindən də bəhs olunur. Vurğulanır ki, dünyanın 30-dan çox ölkəsindən 500 nəfər musiqiçinin iştirak edəcəyi “Xarıbülbül” festivalının keçirilməsi planlaşdırılsa da, erməni təcavüzü, Qarabağda müharibənin alovlanması və tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ləğv olunur.
“Festivalın bərpası” adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan tarixi Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi,
2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada Xarıbülbül festivalının dirçəldilməsinin zəruriliyini xatırlatması və bu folklor festivalı ənənəsinin yaxın vaxtlarda yenidən bərpası məsələsi öz əksini tapıb.
Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın Mədəniyyət paytaxtı elan edir və bu sərəncamla Şuşada “Vaqif Poeziya günləri”, "Xarıbülbül" musiqi festivalı bərpa olunur.
2021-ci il 12-13 may tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı 30 ildən sonra yenidən bərpa olunur və musiqi festivalının keçirilməsi baş tutur. Bölmədə keçirilən festival haqqında məlumat, Xarıbülbül festivalının açılışında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının konsertləri, habelə müxtəlif illərdə Şuşada lentə alınan azərbaycanlı müğənnilər Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın ifaları ilə videoların nümayiş olunması və s. verilib.
“Vikipediya”nın özbək dil bölməsində yaradılmış “Xarıbülbül” musiqi festivalı adlı bölmədə bu il keçirilən festivalla bağlı iştirakçıların siyahısı, ifaları haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.
Özbək dilində istifadəyə verilmiş “Xaribulbul musiqa festivali” adlı virtual məqalə ilə https://uz.wikipedia.org/wiki/Xaribulbul_musiqa_festivali linkində tanış olmaq mümkündür. Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə “Vikipediya”da Azərbaycan dili üzrə “Xaribulbul musiqa festivali” adlı virtual bölmədə müəyyən əlavə və dəyişikliklər edilərək zənginləşdirilmişdir.
Qeyd edək ki, Mərkəzin “viki” könüllüləri bir müddətdir ki, “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində fəal iştirak edirlər. Könüllülər Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradırlar və əaslı mənbələrlə redaktə edirlər. Xüsusilə, qrup bir neçə müddətdir ki, “Vikipediya”nın özbək dil bölməsində Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində effektiv işlər görülür. Xatırladaq ki, mərkəz millət vəkili Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO