Dünya
Müharibə biznesi: Dünyada silahlanmaya milyardlarla dollar yatırılır
2026-cı ilin ilk yarısında dünyada hərbi-sənaye kompleksi sahəsində fəaliyyət göstərən startaplara yatırılan investisiyaların həcmi son 10 ilin rekordunu qırıb. Bu sahəyə ən azı 40,8 milyard dollar (69,36 milyard AZN) sərmayə qoyulub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz çoxdur.
Publika.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, əvvəllər Qərbdə silahların hazırlanmasında əsas rolu iri korporasiyalar oynayırdı. Lakin müasir dövrdə bu şirkətlər çox vaxt ləng işləmələri və yüksək xərcləri ilə fərqlənirlər.
Belə şəraitdə daha kiçik vençur şirkətləri səmərəlilik baxımından önə çıxır. Xüsusilə pilotsuz sistemlərin hazırlanması və süni intellektin hərbi məqsədlərlə tətbiqi istiqamətində bu şirkətlərin fəaliyyəti diqqət çəkir.
Bu tendensiya startaplara investisiya marağını artırır. Eyni zamanda, NATO ölkələri başda olmaqla, dövlət büdcələrindən də bu sahəyə böyük vəsaitlər ayrılır. Alyans silahlı qüvvələrinin modernləşdirilməsini sürətləndirir.
Oxşar proseslər Yaponiyada da müşahidə olunur. Belə ki, “Sakana AI” vençur şirkəti 2026-cı ilin ilk yarısında süni intellektin hərbi məqsədlərlə tətbiqi layihələri üçün 31 milyard yen (334 milyon manat) investisiya cəlb edib.
Hazırda Yaponiya hökuməti bu cür startapların məqsədyönlü maliyyələşdirilməsi üçün ayrıca struktur yaratmağa çalışır.
Bundan əvvəl Yaponiya 2030-cu maliyyə ilində ucuz qanadlı raketlərin kütləvi istehsalına başlamaq planını açıqlayıb. Ölkənin Müdafiə Nazirliyi isə növbəti il üçün rekord həcmdə büdcə vəsaiti istəyib.
Müəllif: Adəm Abbaslı
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər














.webp)





















