Art
Bəhram Bağırzadə Prezidentə təşəkkür etdi - FOTO
Prezident İlham Əliyevin bu gün imzaladığı mədəniyyət xadimlərinin təltif edilməsi haqqında sərəncamında məşhur “Bakılı oğlanlar” (Parni iz Baku) ŞHK (KVN) komandasının bir sıra üzvü də yer alıb.
Publika.az xəbər verir ki., Əməkdar artist Bəhram Bağırzadə “Tərəqqi” medalına layiq görülməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilir:
“Bakılı oğlanlar” komandası adından danışmağa haqqım olmasa da, amma eyni zamanda bu komandanın sıravi üzvü olaraq komanda adından cənab Prezidentə təşəkkür etmək istəyirəm. KVN komandasının 30 illiyi, “10-luq Turniri”ndə qazandığımızın qələbənin 20-ci ildönümü ərəfəsində və 50 yaşıma az qalmış Azərbaycan Prezidentindən belə yüksək mükafat almaq böyük şərəfdir!
Cənab Prezident gördüyü böyük işlərlə bizi hər zaman sevindirir, bunun sayəsində Azərbaycan çiçəklənmiş və dünyanın ən uğurlu, təhlükəsiz, mübariz, etibarlı və stabil dövlətlərindən birinə çevrilmişdir. Amma ən böyük qürur və sevinci Azərbaycan Prezidenti və Ali Baş Komandanı bizə 2020-ci ildə bəxş etdi - tarixi standartlara görə ən qısa müddətdə torpaqlarımızı azad edən qalib ölkə olduq! 2021-ci il isə xalqı naminə yorulmadan çalışan, Azərbaycan mədəniyyətini və sənətini tərənnüm edən və inkişaf etdirən bir çox yaradıcı simalar üçün sevinc və qürur ilinə çevrildi. Mükafat təkcə əməyinizin bəhrələrinin tanınması deyil, həm də uzun illər sonraya böyük stimul, ən yaxşı motivasiya və güclü yaradıcı və vətəndaş enerjisidir! Cənab Prezident, əməyimə verilən bu yüksək qiymətə görə təşəkkür edirəm!
Hörmətlə, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə. Vətənə xidmət edirəm!”.
-
Cənubi Qafqaz17:23Ermənistana ultimatum: Rusiya Qərbin planını rəsmən açıqladı
-
Nida Xəbər 16:32Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak etdi - FOTO
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var






.jpg)





























.jpg)
.jpg)

.jpg)