Art
Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş filmin təqdimatı oldu - VİDEO
"De Media" qrupu tərəfindən hazırlanan Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun döyüş və həyat yoluna həsr olunmuş "Cəbi" sənədli filminin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimatda şəhidin ailə üzvləri, döyüş yoldaşları, qazilər və tanınmış media nümayəndələri iştirak ediblər.
40 dəqiqəlik sənədli filmdə Sübhan Cəbrayılovun həyat və döyüş yoluna aid görüntülər öz əksini tapıb.
Qeyd edək ki, filmin bədii rəhbəri "De Media" qrupunun rəhbəri Bahadur Seyidovdur.
Sübhan Cəbrayılov 23 oktyabr 1983-cü il Salyan rayonunun Marışlı kəndində anadan olub.
2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başlayıb. Vətən müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunmasında iştirak edib.
"Cəbi" ləqəbi ilə tanınan baş gizir 19 oktyabrda Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün - 23 oktyabrda Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Şəhid Sübhan Cəbrayılov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?






.jpg)
.jpg)
.jpg)




























