Art
Çanaqqala igidi Atatürkün təklifindən niyə imtina etmişdi…
Çanaqqala savaşında 275 kiloluq mərmini təkbaşına daşıyaraq, top atışı həyata keçirən və düşmən gəmisini vuran Onbaşı Seyidin Atatürklə görüşü barədə sosial şəbəkələrdə diqqətçəkən status paylaşılıb.
Publika.az xəbər verir ki, iddiaya görə, Qazi Mustafa Kamal Atatürk illər sonra Seyidlə görüşür. Həmin vaxt Seyid kömür mədənində şaxtaçı işləyirmiş.
Atatürk Seyidin çox kasıb yaşadığını biləndən sonra ona pensiya kəsilməsi üçün göstəriş verəcəyini deyir. Onbaşı isə buna qəti etirazını bildirir və deyir ki, bu, mənim üçünə ayıb olar, sonra haqqımda “Vətən üçün mərmi atıb, qarşılığında pensiya alır” deyərlər.
Onbaşı pensiyadan imtina edir, ömrünün sonuna qədər şaxtaçı kimi çalışır.
Qeyd edək ki, Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq kəndində dünyaya gəlib. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulur və Balkan müharibələrində (1912–1913) vuruşur. Savaşdan sonra Çanaqqala boğazını müdafiə edən qarnizona köçürülür.
Böyük ingilis-fransız donanmasının əsas hücumu 18 mart 1915-ci ildə başlayır.
Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qalır. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnir. Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırır və türk artilleriyası atəşi davam etdirir. Bir sıra mənbələrdə mərmilərin ağırlığının 150–255 kiloqram arasında olduğu göstərilir. Məhz Seyidin qaldırdığı mərmilərdən biri Britaniya zirehli gəmisi olan “Ouşen”ə ölümcül xəsarət yetirir; gəmi özü isə dəniz minasına toxunması nəticəsində batır.
Antantanın dəniz hücumunun dəf edilməsindən sonra Seyidə onbaşı rütbəsi verilir, əfsanəvi igidliyi isə ona milli qəhrəmana çevirir. Deyilənə görə, döyüşdən bir gün sonra Seyidin şəklini çəkmək istədikdə, o, oxşar mərmini heç cür tərpədə bilmir. Bundan sonra qəhrəman “Əgər yenidən müharibə başlasa, yenə də qaldıraram” deyir. Seyidin şəkli isə taxta mərmi ilə çəkilir.
1918-ci ildə Seyid ordudan tərxis olunaraq doğma kəndinə qayıdır. Bir müddət meşəbəyi, daha sonra isə kömür şaxtasında şaxtaçı kimi çalışır.
1939-cu ildə ağciyər xəstəliyindən vəfat edir.
(Kult.az)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
