Art
“Gənc Liderlər üçün Yay Universiteti”nin növbəti mövsümü yekunlaşdı - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə 18-22 iyul tarixləri aralığında həyata keçirilən "Gənc Liderlər üçün Yay Universiteti"nin növbəti mövsümü başa çatıb. 100 gəncin iştirak etdiyi layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Ümumilikdə 2 millət vəkili, 8 ekspert, 3 təlimçi layihənin qonağı olub.
Publika.az xəbər verir ki, "Davam"ın "Yay Universiteti"nin sonuncu günündə gənc liderlərin iştirakı ilə "Mədəni Gecə" baş tutub və proqram çərçivəsində komandalar yaradıcı formatda komanda işlərini nümayiş etdiriblər.
Daha sonra isə layihənin yekunlaşması ilə bağlı olaraq "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı iştirakçılarla görüşüb, onları layihəni uğurla başa vurmaları münasibəti ilə təbrik edib, fikir və təkliflərini dinləyib.
Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Daxili işlər Nazirliyi, Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi, Gəncə Regional Mədəniyyət İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), “Badamlı Mineral Sular”, "Az-Granata" kimi biznes subyektlərinə, o cümlədən bütün media partnyorlarına öz təşəkkürünü bildirir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO































