Art
İkinci Milli Yaylaq Festivalının açılış mərasimi baş tutdu
İyulun 30-da Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə keçirilən İkinci Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.
Publika.az xəbər verir ki, festivalın rəsmi açılış mərasimində qonaqları simvolik olaraq Dədə Qorqud qarşılayıb, söz söyləyib, xeyir-dua verib. Sonra nağaraçılar və igidlərin qılınc rəqsi nümayiş olunub.
Rəsmi açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov, “Cavadxan” Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti, II Milli Yaylaq Festivalının layihə rəhbəri Müzadil Həsənov, həmçinin idarə, müəssisə və təşkilat rəhbərli iştirak ediblər.
Qonaqlar etno-qəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar), Cıdır Meydanı, “Yaylaq (k/t) bazarı”, “Sənətkarlıq guşəsi”, “Dədə Qorqud ocağı” (tamaşalar üçün səhnə), “Yaylaq yatağı” (k/t heyvanları üçün yerlər), “Pəhləvan meydanı” (yarış sahəsi), “Aşıq Ələsgər ocağı”, “Yaylaq süfrəsi” (yaylaq kulinariyası) və digər müxtəlif mövzulu sahələrə baxış keçirib, etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış olublar.
Qeyd edək ki, İkinci Milli Yaylaq Festivalı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun və “Kap.az” – Fərqli Turizm MMC–nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirilir. AZƏRTAC II Milli Yaylaq Festivalının informasiya tərəfdaşlarındandır.
İyulun 31-dək davam edəcək festivalı təxminən 55 mindən artıq qonağın ziyarət edəcəyi gözlənilir.
-
Magazin220:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
-
İdman19:12“Barselona”dan ən yaxşı start - 111 illik rekord təkrarlandı
-
MDB18:36Milyarder xanımının “Porsche”si qəzaya uğradı - VİDEO
-
Region17:02İrəvan-Moskva xəttində böhran: Ermənistan Rusiya ilə əlaqələri “təftiş” edir
-
Rəsmi xronika16:26Prezident Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış oldu - YENİLƏNDİ
-
Rəsmi xronika16:03İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:02Prezident sərəncam imzaladı








.jpg)













.webp)













.jpg)


