Art
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
Kino rəssamı, Azərbaycan Respublikasının Əməkdar rəssamı Arif Məhərrəmov vəfat edib.
Publika.az xəbər verir ki, bu haqda Azərbaycan Kinorejissorlar Gildiyasından məlumat yayıb.
Arif Əli oğlu Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olub. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejissor olub. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilib. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...











.png)




.jpg)


















.jpg)
.jpg)

