Art
Dünya Fikrət Əmirovu dinləyəcək - YUBİLEY
2022-ci ildə dahi Azərbaycan bəstəkarı, ictimai xadim Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100 illiyi tamam olur və yubileyə həsr edilmiş bir sıra silsilə tədbirlər keçirilir.
Publika.az xəbər verir ki, 9-24 noyabr tarixlərində Parisdə keçiriləcək YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində Fikrət Əmirovun 100 illiyi qurumun 2022-2023-cü illər üzrə yubileylər proqramına daxil edilmiş və bu yubileyin beynəlxalq miqyasda qeyd edilməsi təsdiqlənib.
Noyabrın 3-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və YUNESKO-nun birgə təşkilatçılığı ilə Fikrət Əmirovun 100 illik yubileyinə həsr edilmiş musiqi axşamı Parisdə, YUNESKO-nun Baş qərargahının konsert zalında baş tutacaq. Konsertdə respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistlər Səbinə Əsədova, Babək Niftəliyev, gənc müğənnilər Selcan Nəsibli, Orxan Cəlilov çıxış edəcəklər.
Konsert proqramına bəstəkarın “Azərbaycan kapriçiosu”, “Gülüstani Bayatı-Şiraz”, “Azərbaycan süitası”, Fikrət Əmirov ilə Elmira Nəzirovanın həmmüəllifliyi ilə bəstələnmiş “Ərəb mövzuları əsasında Fortepiano konserti”, məşhur “Kor ərəbin mahnısı”, “Azərbaycan elləri” vokal inciləri və digər əsərlər daxildir.
Yubiley konsertinin rejissoru Əməkdar incəsənət xadimi Ülviyyə Könüldür.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
