Art
Türkiyəli məşhur müğənni Bakıda ən böyük arzusunu reallaşdırdı - FOTO
Türkiyəli müğənni Karsu Dönmez Bakıda Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, Karsu konsertə ölkəmoz haqqında təəssüratlarını bölüşüb:
"Amerikada, Avropada konsert turuna çıxdım, hər zaman Türkiyəyə gedirik, amma ən böyük xəyalım Azərbaycanda konsert vermək idi. Hər zaman buraya gəlmək istəyirdim. Konsert dəvəti gəlməmişdi. Üç il əvvəl Bakıya istirahətə gəldim, beş gün şəhəri gəzdim. Çox bəyəndim. Məni Bakıda görənlər deyirdi ki, Karsu buraya gəlib. Ondan sonra dedim ki, nə zaman konsert verəcəm. Anam Azərbaycanı çox sevir. Təyyarəyə minmədən əvvəl anama zəng edib, dedim ki, sənin xəyallarını gerçəkləşdirirəm. Anam Azərbaycanı çox sevir, amma gələ bilmədi. Hər kəsə "salam"ı var.
Anamdan sevginin səbəbini soruşdum. O, çox sərt xanımdır. Ağlamağa başladı və dedi ki, Hollandiyada azərbaycanlılar var və onlardakı kimi sevgi və hörmət görmədim. Əslində, Azərbaycan musiqisinə olan sevgim anamın bətnində olarkən yaranıb. Çünki anam hamilə olarkən ancaq Azərbaycan mahnılarına qulaq asıb. Sonra evdə kiçik yaşlarımdan Azərbaycan mahnılarını dinləməyə başladım. Firkət Əmirovun əsərlərini ifa edirdim.
Əzizə Mustafazadənin əsərlərini dinlədim. Ona görə ən böyük arzum Azərbaycanda konsert vermək idi".
İfaçı konsertində Azərbaycanın məşhur "Ay qız" və "Sarı gəlin" mahnılarını da ifa edib.
Karsu Bakı konsertində səhnədə evlənmə təklifi aldığını da etiraf edib.
Qeyd edək ki, gecənin qonaqları qismində müğənnilər Etibar Əsədli və Ələfsər Rəhimov da çıxış edib.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO










































