Art
Polad Bülbüloğlunun doğum günü teatr səhnəsində qeyd edildi - FOTO
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun “Nəğməmə inan” tamaşasının premyerası olunub.
Mədəniyyət Nazirliyindən Publika.az-a bildirilib ki, dövlət rəsmilərinin, ölkənin tanınmış teatr xadimlərinin, incəsənət adamlarının qatıldığı premyera anşlaqla keçib.
Rus bölməsində hazırlanan maraqlı tamaşadan sonra teatrın simfonik orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun ecazkar ifaları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həm premyera, həm də ad günü münasibətilə böyük bəstəkarı təbrik edən pərəstişkarları ona və yaradıcı heyətə gül-çiçək dəstələri təqdim ediblər.
Qeyd edək ki, tamaşanın libretto və mahnı mətnlərinin müəllifi Mixail Şerbaçenko da tamaşaçılar arasında olub.
Səhnə əsərinin quruluşçu rejissoru teatrın baş rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO






.jpg)
.jpg)

.jpg)



























