İstanbulda təbii fəlakət: 32 nəfər xilas edildi
Bizi izləyin

Region

İstanbulda təbii fəlakət: 32 nəfər xilas edildi

İstanbulda təbii fəlakət: 32 nəfər xilas edildi

Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda güclü yağışlar nəticəsində baş verən sel və su basmaları ilə əlaqədar xilasetmə tədbirləri başa çatıb.

Publika.az xəbər verir ki, hadisə yerinə gələn İstanbul valisi Davut Gül indiyədək ərazidən 32 nəfərin xilas edildiyini bildirib. Onun sözlərinə görə, hazırda bölgədə köməyə ehtiyacı olan heç bir vətəndaş qalmayıb.

Vali qeyd edib ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Davut Gül gələcəkdə güclü yağışlar və daşqınlar zamanı oxşar halların qarşısını almaq məqsədilə infrastrukturun təkmilləşdirilməsi və digər qabaqlayıcı tədbirlərin görüləcəyini bildirib. O, bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm