Avropa
Rusiyaya qarşı yeni sanksiyaların TARİXİ AÇIQLANDI
Kerç boğazında hadisələrə görə vəziyyətdə müsbət dəyişikliklər olmasa, Rusiyaya qarşı yeni sanksiyalar ən yaxın iki həftə ərzində Avropa İttifaqı tərəfindən bəyənilə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Avropa diplomatiyasının başçısı Federika Moqerini Brüsseldə jurnalistlərə deyib.
”Ümid edirəm ki, Avropa İttifaqi ölkələri sanksiyaların dəstəklənməsində həmrəy olacaqlar”, - Avropa İttifaqının rəsmisi əlavə edib.
Daha əvvəl Almaniyanın “Bild” nəşri diplomatik mənbələrə istinadən bildirib ki, Avropa İttifaqı və ABŞ Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyir.
İki Avropa diplomatının sözlərinə görə, Avropa İttifaqı və ABŞ Rusiyaya təzyiqin gücləndirilməsi məsələsində həmfikirdirlər. İlk növbədə, noyabrda Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanmış 24 Ukrayna dənizçisinin azad edilməsindən söhbət gedir.
Diplomatlardan biri vurğulayıb ki, Rusiyaya qarşı yeni sanksiyalar bir neçə həftə ərzində elan ediləcək.
Ömər
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Sosial1 Noyabr 23:36Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)