Avropa
Terror aktları, qiyam: Rusiya BU ÖLKƏLƏRİ TUTACAQ və... – Dəhşətli SSENARİ AÇIQLANDI
Rusiya seçkilər zamanı Ukraynada stabilliyi poza bilər.
Publika.az xəbər verir ki, bu haqda Ukraynanın “Apostrof” nəşrində ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin istefada olan 1-ci dərəcəli kapitanı, NATO-nun Rusiyadakı sabiq nümayəndəsi Harri Tabax bildirib.
“Əlbəttə, o bunu indi də edir. Bu, Ukrayna üçün bu gün ən böyük problemlərdən biridir, burada çox böyük qiyam təşkil edə bilərlər. Hər şey ola bilər: etirazlar, Baltikyanı ölkələrdə olduğu kimi rusdilli əhaliyə qarşı “diskriminasiya”, terror aktları. Amma onlar zamanla bu təşəbbüsü itirirlər, Ukraynada demokratik institutlar qurulduqca, Ukrayna mədəni cəmiyyətin bir hissəsi olduqca, Rusiyada iqtisadi və siyasi vəziyyət daha da pisləşdikcə, onlarda bunun üçün şanslar azalacaq. Amma bunun üçün lap çox işlər görmək lazımdır”, - o deyib.
Harri Tabax qeyd edir ki, Baltikyanı ölkələr üçün də risk var:
“Risk var. Onlar NATO-nun üzvüdürlər. Amma əgər Rusiya onlardan ən kiçiyi olan Estoniyanı tutacaqsa, onda NATO çətin ki, Estoniyaya görə Rusiyayla müharibəyə daxil olmağa hazır olacaq. Siyasi və diplomatik baxımdan, bu, diplomatlara və siyasətçilərə “böyük kozır” verir, amma müharibə nöqteyi-nəzərindən, mən hesab edirəm, siz NATO-ya bel bağlaya bilməzsiniz”.
Ömər Dağlı
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...















.jpg)

















.jpg)
.jpg)

