Avropa
Rusiya qonşularını nüvə silahı ilə vuracaq – ŞOK İDDİA
Rusiya silahlı qüvvələrini müasirləşdirir ki, münaqişə halında Vaşinqton müdaxilə edənə kimi sürətli hərəkət edə bilsin.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ silahlı qüvvələrinin Avropa komandanlığının başçısı, NATO-nun Avropa güclərinin komandanı Körtis Skaparotti bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının silahlı qüvvələrin işləri üzrə komitədə keçirilən dinləmələrdə çıxış edən general qeyd edib ki, Moskva adi silah növlərinin tətbiqiylə münaqişədə ABŞ-la uzunmüddətli rəqabət apara bilməz. Bununla əlaqədar olaraq o hesab edir ki, Rusiya daha zəif qonşuların üzərində sürətli qələbələr üçün nüvə silahından istifadə üzərində ciddi düşünür.
“Çünki bu, Rusiya hərbi doktrinasının bir hissəsidir”, - amerikalı general deyib.
Onun həmkarları həmçinin, bildiriblər ki, belə strategiyaya Çin də tərəfdardır.
Martın 13-də Skaparotti bildirib ki, Rusiya hərbi müasirləşdirməni müvəffəqiyyətlə keçirir, ancaq Vaşinqton onsuz da bu sferada Moskvanı üstələyir. Onun sözlərinə görə, bu hökmranlıq amerikalıların öz silahlı qüvvələrinə sərmayə qoymağa davam etdiyi müddətdə davam edəcək.
Ömər Dağlı
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov

















.jpg)



















