Avropa
G-7-dən NOTA: Əməliyyatları dərhal dayandırın!
“Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Liviyada vəziyyət haqqında birgə bəyanat qəbul ediblər.
Publika.az xəbər verir ki, sənəd Böyük Britaniya hökumətinin saytında dərc edilib.
Sənəddə paytaxt Tripoli ətrafında hazırda gedən hərbi əməliyyatlarla bağlı narahatlıq ifadə olunub. Diplomatlar münaqişənin bütün tərəflərini istənilən döyüş əməliyyatlarını dayandırmağa çağırıblar.
“Biz əminik ki, Liviyada nizama salınmaya güc metodları ilə nail olmaq mümkün deyil”, - sənəddə deyilir.
G7 Liviyada vəziyyətin nizama salınması yollarının axtarışında BMT-yə səylərinə tam dəstəyi ifadə edib.
Qeyd edək ki, daha əvvəl yayılan məlumata görə, Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Xaftar Milli Barışıq Hökumətinin nəzarətində olan paytaxt Tripoliyə hücum əmrini verib. Son məlumatlara görə, Tripoli aeroportu üzərinə nəzarət təmin olunub. Bildirilirdi ki, hərbçilər 48 saat ərzində Tripolini ələ keçirməyi planlaşdırırlar.
Lakin sonradan "Al-Arabiya" telekanalının yaydığı məlumata görə, Liviya hökumətinin ordusu aeroportu Xaftarın güclərindən geri ala biliblər.
Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra siyasi böhran başlanıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür.
Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.
Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.
BMT 2019-cu ilin yazında ölkədə parlament seçkilərinin keçirilməsini istəyir.
-
Magazin100:15"Dedi ki, Bilal Əliyev gözləsin, səhnə sevgilimindir"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu dəyişimi qəbul edin
-
ABŞ16 Aprel 23:12Keçmiş vitse-qubernator xanımını güllələdi, özü intihar etdi
-
Hadisə16 Aprel 23:00Sabah bəzi ərazilər qazsız qalacaq
-
Elm və təhsil16 Aprel 22:2431 yaşlı Nigar Adilova prorektor TƏYİN EDİLDİ - FOTO
-
MDB16 Aprel 21:48Hava limanında DƏHŞƏTLİ ANLAR - İldırım təyyarədə altı dəlik açdı
-
Magazin116 Aprel 21:36Nigar Camalın sözləri ilə bağlı rəsmi açıqlama
-
ABŞ16 Aprel 21:24Tramp bu liderləri Ağ Evə dəvət etdi - 1983-cü ildən bəri...




































